"Burada həm rəqiblə, həm də meydança ilə mübarizə aparmalı olursa" - MÜSAHİBƏ

04.02.2017 | 5468 dəfə oxunub

“Qarabağ”ın futbolçusu İlqar Qurbanov Premyer Liqanın 16-cı turunda AZAL-a qalib gəldikləri oyundan (2:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Stadium.Az xəbər verir ki, o, qarşılaşma haqda fikirlərini bildirib:

- Oyun barədə nə deyə bilərsən?

- Çətin matç keçdi. Meydançanın süni örtüyü futbolçuların çıxışına çox təsir edir. Gördüyünüz kimi, Dani Kintana heç nədən ağır zədə aldı.  Belə meydanda nəinki qaçmaq, yerimək belə çətindir.

- Oyundan əvvəl meydançanın durumunu nəzərə almamışdınız?

- Əlbəttə, meydanın örtüyünün nə vəziyyətdə olduğunu bilirdik. Burada həm rəqiblə, həm də meydança ilə mübarizə aparmalı olursan. Yenə deyirəm, qaçmaq bir yana, heç asta yerimək də olmur.

- İlk 30 dəqiqəyə kimi rəqibin qapısı qarşısında ciddi təhlükə yarada bilmədiniz. Bunun səbəbi nə idi?

- AZAL zəif komanda deyil. Yaxşı baş məşqçiləri var, taktiki cəhətdən də zəif deyildilər. Onlar bizi yaxşı “bağlamışdılar”. Topu ora-bura gəzdirirdilər. Biz buna səbrlə cavab verdik, topa nəzarət etdik. Belə qarşılaşmalarda gözəl oyunun o qədər də əhəmiyyəti yoxdur. Vacib olan qələbə qazanmaqdır. Biz də bunun üçün əlimizdən gələni etdik. Uşaqlar çox çalışdı, əzmkar mübarizə apardı. Sonda istədiyimizi qazandıq.

- Riçard Almeydanın yoxluğunda əsas yük Kintananın çiyinlərinə düşürdü. O zədələnib, meydanı tərk edən zaman qələbə qazanacağınıza ümidiniz qalmışdı?

-
 -Sözsüz ki, Almeyda komandanın vacib fiqurlarından biridir. Cəzalı olduğu üçün bizimlə deyil. Onun
yoxluğunda meydana çıxacaq futbolçular şanslarını gözləyirdilər. Dani də komandamızda vacib üzvlərindən biridir. İnsan faktoru olan yerdə nəticə vacib deyil. Kaş, bu gün uduzaydıq, amma Dani zədələnməzdi. Bu, bizim üçün ağır itki olacaq.

- Qələbənizdə AZAL-ın oyunçusuna göstərilən qırmızı vərəqənin rolu var?

- Tounkara məni arxadan itələmişdi. Sonra arxaya baxanda Şehiçin topu götürdüyünü gördüm. Ona toxunub-toxunmadığına baxa bilmədim. Sonra hakim rəqib futbolçuya qırmızı vərəqə göstərdi.

- Amma biz video-təkrara baxdıq, toxunuş yox idi.

- Mən görmədim. Həm də qırmızı vərəqənin qələbəmizdə rolu yoxdur. Oyun zamanı üstünlük tərəfimizdə idi. Dəqiq deyə bilmərəm ki, onlar azlıqda qalmasaydı, udardıq və ya heç-heçə edərdik. Futboldur, hər şey ola bilər. Biz sona kimi rəqibdən üstün futbol oynadıq. 

- Ötən tur “Neftçi” ilə oyunda da mübahisəli epizod olmuşdu. Ardıcıl ikinci oyunda da yenə belə hal baş verdi...

- Hər oyundan sonra belə müzakirələr olur. Hakimlər haqda danışmaq istəmirəm. Hər biri yaxşı hakimdir. Onlara güvənmək, dəstək olmaq lazımdır. İnsan olan yerdə səhv olur. Futbolçu da səhv edir, qol buraxır. Hər xırda şeyə irad bildirsən, gərək futbol oynamayasan.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail