Əmrah Çəlikəl: «Komandamızın bu fərqi "əridəcəyinə" inanıram»

HƏR BİR KLUB ELƏ BiR FUTBOLÇUNUN XiDMƏTiNDƏN YARARLANMAQ İSTƏR

01.11.2010 | 3417 dəfə oxunub

«Qarabağ»ın idman direktoru Işık Əmrah Çəlikəlin Stadium.Az saytına müsahibəsi.

rn

- "Xəzər"lə matçda qeydə alınan nəticə və hakimlik barədə nə deyə bilərsiz?

rn

- "Xəzər-Lənkəran" ölkənin güclü klublarından biridir. Belə baxanda, biz həmişə lənkəranlılara qarşı yaxşı oynamışıq. Bu oyuna da qələbə üçün çıxmışdıq. Amma futboldur, bu dəfə alınmadı. Derbilərdə istənilən nəticəyə hazır olmaq lazımdır. Hakimlik barəsində gəlincə, bilirsiz ki, mən onlardan danışmağı xoşlamıram. Konkret bu oyuna gəldikdə isə Rövşən Əhmədovun idarəçiliyini normal qiymətləndirərdim.

rn

- Qarşılaşmanı klubun vitse-prezidenti Tahir Gözəllə bir yerdə izlədiz. Onun reaksiyası necə oldu?

rn

- Tahir bəy daim "Qarabağ"la yaşayır. Daim komandanın yaxşı gününündə də, pis anında da onlara dəstək çıxır. Təbii ki, o da ilk növbədə bir "Qarabağ" azarkeşi kimi ilk növbədə məğlubiyyətə görə üzüldü. Amma başqan oyundan sonra futbolçuların yanına gedib onlara dəstək oldu.

rn

- Çempionatın birinci dövrəsi bitdi. "Qarabağ»ın ümumi çıxışını normal adlandırmaq olarmı?

rn

- "Qarabağ" hər zaman yüksək hədəflər uğrunda mübarizə aparır. Bilirik ki, son 2 ildə "Qarabağ" Azərbaycanda markaya çevrilib. Hazırda liderdən 8 xal geridəyik. İlk baxışdan aradakı fərq böyük görsənsə də, komandamızın bu fərqi "əridəcəyinə" inanıram.  Təbii ki, ümumilikdə, qərarlaşdığımız 5-ci yer bizi razı salmır. Amma getdikcə daha uğurlu çıxış edəcəyimizə inanıram. "Qarabağ" daim yüksək yerlər uğrunda mübarizə aparıb və siyasətinə daim sadiq qalacaq.

rn

- Rəşad Sadıqovun "Əskişəhərspor"a qəfil gedişi komandaya çoxmu təsir edib?

rn

- Rəşad Sadıqov Azərbaycan futbolunun qaymaqlarındandır. Hər bir klub elə bir futbolçunun xidmətindən yararlanmaq istər. Amma onun gələcək karyerasını, eləcə də Azərbaycan futbolçularının avropa arenalarına çıxış perspektivini düşünərək, Türkiyə Superliqasına gedişinə maneə törətmədik.

rn

- Əfran İsmayılovla Maksim Medvedevin son matçlarda iştirak etməməsi də komandanın oyununa təsirsiz ötüşmür...

rn

- İlk öncə bildirim ki, hər iki futbolçunu Azərbaycan futboluna "Qarabağ" qazandırıb və buna görə sevinirik. Hal-hazırda hər iki futbolçumuz zədəlidir. Onların heyətdə olmaması komandamız üçün itki kimi dəyərləndirir. Hər ikisinin ən yaxın zamanda sıralarımıza qayıdacağına inanıram. Həkimlərimiz bunun üçün bütün imkanları səfərbər etmişlər.

rn

- Sizcə, yayda kollektivə qoşulan yeni yerli və legioner futbolçular ümidləri doğruldurmu?

rn

- Biz baş səşqçimizin tələbi ilə istənilən futbolçuları heyətimizə qatdıq. Onların ümidləri doğruldub-doğrultmaması barədə nəsə demək hələ tezdir. Bu sualın cavabını sezon sonunda qazanacağımız nəticə göstərəcək.

rn

- Qurban Qurbanov bildirib ki, bəzi futbolçularla vidalaşmağa hazırlaşır. Rəhbərlik bu haqda nə düşünür?

rn

- Futbolçuların heyətə cəlb edilməsi və ya heyətdən çıxarılması baş məşqçinin səlahiyyətindədir. Hələ ki, Qurban hoca klub rəhbərliyinə bu barədə məruzə etməyib. Yalnız bu istək gəldikdən sonra biz bunun maliyyə və digər tərəflərini götür-qoy edir və sonda qərar veririk. 

rn

- Avroliqadakı çıxış komandanın yorğunluğuna səbəb ola bilərmi?

rn

- Başqa komandalar mövsümə 11 həftədir start verib, biz isə 19 həftədir ki, istirahətsiz Avroliqa və çempionatda ard-arda oyunlar keçiririk. Başqa klublar millinin toplanışları zamanı istirahət edə və hazırlıqlarını istədikləri kimi davam etdirəndə, bizim futbolçular ölkənin əsas komandasının heyətində yenə də istirahət edə bilmirlər. Bütün bunlar isə sonda futbolçularımızın yorğunluğuna gətirib çıxaran səbəblərdir. Amma inanıram ki, bu keçid dövrünü arxada qoya biləcəyik. Həm də biz bu il daha təcrübəliyik. Ötən il belə durumla qarşılaşmış və bunun öhdəsindən gəlmişdik.

rn

- Cari çempionatın səviyyəsi gözlədiyiniz kimi oldu? Yüksəliş və ya geriləməni nədə görürsüz?

rn

- Təbii ki, AFFA və PFL-in futbolumuzun səviyyəsinin yüksəldilməsi üçün gördüyü işlər danılmazıdır. Həqiqətən də bu yöndə işlər gedir. Cari mövsümdə oyunlar daha gərgin keçir, demək olar ki, "qapazaltı" komanda qalmayıb. Qələbə qazanmaq üçün çox tər tökmək lazım gəlir. "Gəncə" kimi komandalar çempionata yeni rəng qatıb.

rn

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail