Ozobiç: "Ola bilsin, uduzmadıqlarına görə belə sevinirdilər" - MÜSAHİBƏ

13.02.2017 | 3657 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XVIII turunda “Zirə”nin qonağı olan “Qəbələ” oyun ərzində hesabda 2 dəfə önə keçsə də, qələbə qazana bilmədi. Matçdan sonra “qırmızı-qaralar”ın yarımmüdafiəçisi Filip Ozobiç jurnalistlərin suallarını cavablandırıb.

- Bu gün 2 vacib xal itirdiniz. Oyunun niyə belə alındığını izah edə bilərsiniz?

- Xüsusilə də son dəqiqələrdə buraxılan qola görə qələbəni əldən vermək adamı təəssüfləndirməyə bilməz. Razıyam, Zirədə 2 xal itirdik. Halbuki, qələbəyə çox yaxın idik, iki dəfə hesabı lehimizə dəyişdik. Bunu unutmalı və “Qarabağ”ı məğlub etməliyik.

- Son saniyələrdə üstünlüyünüzü qoruya bilməməyinizə nə mane oldu?

- Bəlkə də bəxtimiz gətirmədi. Başqa nə deyim?! Oyun ərzində 2 qol buraxdıq, belə olmaz.

- Əlavə vaxtda buraxılan qollar ikiqat zərbə olur futbolçulara. Sizin üçün bunu belə dəyərləndirmək mümkündü?

- Elə deməzdim. Bu, futboldu, belə hallar ilk deyil, son da olmayacaq. Növbəti oyuna hazırlaşmalıyıq.

- Rasim Ramaldanovun qovulmasından sonra azlıqda mübarizə apardınız və hesabda önə keçdiniz. Amma “Zirə” bərabərlik qoluna həddindən artıq sevinirdi. Onları bu qədər sevinməyə nə vadar edirdi?

- Bunu deyə bilmərəm. Özlərindən soruşun. Ola bilsin, uduzmadıqlarına görə belə sevinirdilər. Yəqin bizimlə dueldən xalla ayrılmağı çox istəyirdilər. İstəklərinə çatdıqlarına görə sevinirlər...

- Komanda yoldaşınıza göstərilən qırmızı vərəqədə referi nə dərəcədə ədalətli qərar qəbul etdi?

- Bağışlayın, hakimlər barədə danışmaq, nəsə demək istəmirəm. Bizim işimiz futbolumuzu oynamaqdı.

- Növbəti turda liderlə qarşılaşacaqsınız. Birinci dövrədə yendiyiniz rəqibi yenə həmin məkanda üstələmək mümkün olacaqmı?

- Qəbələdə keçiriləcək həmin oyunda ancaq qələbə qazanmaq, aktivimizə 3 xal yazdırmaq istəyirik. Ancaq indidən həmin matçın çempionluğun taleyini həll edəcəyini heç kim düşünməsin. Çünki qarşıda çoxlu oyunlar var. Vəziyyət hər an dəyişə bilər.

- Uduzsanız, onlara çatmaq çətin olacaq?

- Biz də qələbə haqda düşünürük. Hazırlığımızı da buna uyğun quracağıq. Qələbə qazanmaq üçün kifayət qədər şansımız da var.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail