"Danışalacaq çox söz yoxdur" - Qara Qarayev

01.03.2017 | 4864 dəfə oxunub

"Qarabağ"ın futbolçusu Qara Qarayev Azərbaycan Premyer Liqasının 20-ci turunda Bakı "İnter"inə 0:1 hesabı ilə uduzduqları görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Oyun haqqında nə düşünürsən? “İnter”dən belə oyun gözləyirdiniz?

- Qələbə üçün meydana çıxmışdıq. “İnter”in bizə qarşı güclü oyun göstərəcəyini bilirdik. Şanslardan yararlana bilmədik və üç xal itirdik. Amma qarşıda hələ matçlarımız var.

-Hücumda bir qədər zəif təsir bağışladınız..

- Mən belə düşünmürəm. İlk hissədə bir neçə real qol imkanlarımız oldu, son nöqtəni qoya bilmədik. Amma bu matçda aparıcı futbolçularımızın yoxluğu hiss olundu. Dani Kintanın yoxluğundan əlavə, iki gün öncə Dino Ndlovu da zədələndi və bu matçı buraxdı. Hamımız bilirdik ki, “İnter”ə qol vurmaq çətin olacaq.

- Qış fasiləsində komandanı tərk edən Reynaldonun yoxluğu hiss olunurdu?

- O, artıq başqa komandada oynayır. Bu haqda danışmaq düzgün olmazdı.

- Bu matçdan öncə əsas rəqibiniz “Qəbələ” səfərdə “Kəpəz”lə heç-heçə etdi və xal itirdi. Bu, sizə əlavə bir motivasiya vermişdi?

- Bizə motivasiya verdiyini düşünmürəm. Ancaq biz də qələbə qazanıb, liderliyə yüksəlmək istəyirdik. Danışalacaq çox söz yoxdur, liderliyi əldən verdik.

- Oyundan sonra azarkeşlərlə futbolçularınız arasında nə baş verdi?

-  Azarkeşlər məğlubiyyətə etiraz edirdi. Onlar da istəyirdilər ki, qalib gələk, lider olaq. Onların bu etirazlar da normaldır. Biz onlara hörmətlə yanaşırıq, ancaq söyüş söymək lazım deyil. Çünki biz onların futbolçularıyıq və nəticədən asılı olmayaraq, bizi dəstəkləməlidilər. Elə bir vəziyyət yaranıb ki, sanki çempionat qutarıb. Qarşıda bizi çətin çempionluq yolu gözləyir. Azarkeşlərimizin dəstəyinə son tura qədər ehtiyacımız var.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail