Rəşad Sadıqov: " Ona etirazımı bildirdim ki, nə olub, belə tənqid etməyə ehtiyac yoxdur" - MÜSAHİBƏ

04.03.2017 | 3936 dəfə oxunub

"Qarabağ"ın Kapitanı Rəşad Sadıqov Premyer Liqanın 21-ci turunda "Sumqayıt"la oyundan (4:0) sonra jurnalistlərin suallarını cavablandırıb:

- İlk öncə oyun haqqında fikirlərini bildirərdiniz...

- Yaxşı oyun keçdi. Üç xal qazandıq. Bu, bizim üçün önəmli idi. Yaxşı oyunla qalib gəldik. 
 
- Sonadək meydanda olmadın. Bunun səbəbi hər hansı problemin olması idi, yoxsa baş məşqçinin fikri idi?

- Yox. Sadəcə, məşqçilər qorumaq məqsədi ilə məni əvəzlədilər. Bildiyiniz kimi, 5 gün sonra millimizin oyunudur. Sıx qrafik nəzərə alındı. 
 
- Keçən oyunda azarkeşlərlə aranda problem olmuşdu. Problem nə idi?

- "Qarabağ"da hamı bir ailə kimidir. Komandada ilk gündən belə mehribançılıq olub. Aramızda belə münasibət olduğuna görə azarkeşlərə yaxınlaşdım. İlk öncə "İmarət" fan-klubu ilə dialoq oldu . Tunelə girəndə bir gənc oğlan sərt şəkildə tənqid edirdi. Ona etirazımı bildirdim ki, nə olub, belə tənqid etməyə ehtiyac yoxdur. Udarsan da, uduzarsan da. Oyundan sonra aramızda mehribançılıq oldu. Ailənin içində də hərdən söz-söhbətlər olur. Fikirləşdim ki, "İnter"lə həmin matçdan sonra daha da möhkəmləndik. Futbolçular və azarkeşlər arasında bağlarımız da qüvvətləndi. 
 
- Komanda son zamanlar əvvəlki oyununu nümayiş etdirə bilmir. Bunun səbəbi nədir?

- Bu fikirlə razı deyiləm. Buna görə də fikir bildirmək istəmirəm.

- Qarşıdan millinin Qətərlə oyunu gəlir. Bu barədə nə deyə bilərsiniz?

- Yoldaşlıq görüşü olmasına baxmayaraq, bizim üçün vacib oyun olacaq. Çünki martın 26-sı Almaniyaya qarşı oynayacağıq. Milli artıq 4-5 aydır birlikdə oynamır. Bu səbəbdən yoxlama oyunu bizim üçün vacib olacaq. Nəticə bizim üçün o qədər də önəmli olmasa da, oyun vacib olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail