Elxan Abdullayev: "Mənim millinin düşərgəsində olmağımın..." - MÜSAHİBƏ

30.03.2017 | 3203 dəfə oxunub

"Neftçi"nin baş məşqçisi Elxan Abdullayev Azərbaycan kubokunun yarımfinalında "Qarabağ"a uduzduqları matçdan (0:2) matçdan sonra mətbuat konfransında jurnalistlərin suallarının cavablandırıb:

- "Neftçi" sevərləri təbrik edirəm. Bu gün bizim veteranlarımızı təəssüf ki, sevindirə bilmədik. Amma zəif çıxış etdik. Bunun səbəbləri var,  cavab matçında yaxşı hazırlaşıb, onları sevindirməyə çalışacağıq.

- Bugünkü oyuna daha yaxşı hazırlaşmamağınızda millinin düşərgəsində olmağınızın rolu oldu?

- Mənim millinin düşərgəsində olmağımın heç bir problemi yoxdur. Zəif çıxışımızın səbəbi başqadır. Qətər toplanışından sonra "Neftçi" "Qəbələ" və "İnter" kimi güclü komandaları üstələmişdik. Bəzi futbolçularımız zədədən yeni qayıdıb, bəziləri tam sağalmayıb, elələri var ki, millinin düşərgəsindən qayıdıb. Bunun da təsiri var.

- İstədiyiniz "Neftçi"ni nə vaxt görəcəyik?

- Siz elə görmək istəyirsinizsə, həmişə belə görəcəksiniz. "Qarabağ"ın yerli futbolçuları səviyyəsi yüksəkdir.

- Ötən oyundan sonra demişdiniz ki, "Qarabağ"la matç bizim üçün imtahandır. Komandanız imtahandan keçə bildi?

- "Neftçi"dən oyun baxımından razı qalmadım, səbəblərini də bayaq izah etdim.

- Oyundan sonra Şahruddin Məhəmmədliyevlə nə isə danışdırdınız...

- Onu təbrik etdim. Futbolda vaxt uzatmaq olar, amma bu gün bayramdır. Ona dedim ki, bayramı korlamasın. Bildirib ki, 21 yaşlılardan ibarət yığmamızın qapıçısısan. Dost kimi məsləhət verirdim.

- Rəhman Hacıyevin start heyətində olmamasının səbəbi nədi?

- Rəhman niyə əsas heyətdə meydana çıxmalı idi ki? Ötən oyunda qol vurması onun start heyətində meydana çıxması anlamına gəlmir. Bu gün çox xoşuma gəldi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail