Tahir Gözəl: "Qarada möhtəşəm istedad var" - MÜSAHİBƏ

31.03.2017 | 3761 dəfə oxunub

“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl “Neftçi” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Öncə matç haqqında fikirlərinizi bildirin, zəhmət olmasa...

- Çox gözəl, maraqlı bir oyun oldu. İkinci hissədə “Neftçi” bərabərlik üçün cəhdlər elədi. Biz də əsas heyətin bir çox oyunçusu olmadan oynadıq.

- Stadiondakı atmosfer necə idi?

- Çox gözəl idi. Maraqlı, çəkişməli oyun izlədik.

- Artıq finalda olduğunuzu demək olar?

- Yox, futbolda bunu demək olmaz. Buna heç vaxt cəsarət etmərəm. Növbəti oyun öz meydanımızdadı. Ümid edirik ki, azarkeşlərimizin dəstəyi ilə qələbə qazanacağıq. Kubok qazanmaq üçün cəmi iki addım qalıb.

- Digər oyunda da “Qəbələ” finala çox yaxındı...

- Bəli, çox maraqlı olacaq. Hər iki klub da finala adlasa, bizi maraqlı qarşılaşma gözləyir.

- İslam Oyunları ilə əlaqədar ölkə kubokunun finalı Naxçıvanda olacağı gözlənilir. Bununla bağlı nə deyə bilərsiz?

- Bunu ilk dəfədi eşidirəm.

- Əgər “Qəbələ” də finala çıxsa, böyük ehtimalla Muxtar Respublikada olacaq...

- İnşallah Naxçıvanda görüşərik.

- Millinin oyunundan sonra Qara Qarayevə Avropa klublarından təkliflər olduğu deyilirdi...

- Elə bir şey eşitməmişəm mən.

- Əgər real təklif olsa, imkan yaradarsınızmı getməsinə?

- Qurban Qurbanovla danışmamış o haqda heç bir şey deyə bilmərəm. O, özü bizə deməlidi ki, oyunçu lazımdı, lazım deyil. Ancaq şəxsən, mən öz adıma deyirəm ki, bilsəm ki, oyunçunun Avropada qabağı açılacaq, inkişaf edəcək, “Qarabağ”a da ziyan dəyməyəcəksə imkan yaradaram ki, getsin.

- Sizcə, Qara Avropda top-komandada oynaya bilər?

- Onda möhtəşəm istedad var. Məncə, bacarar. Ancaq futbolda uyğunlaşma prosesini unutmamaq lazımdı. İnsanda iki ürək olur. “Qarabağ” fikirləşəndə istəmirsən ki, getsin. Uşaqlıqdan onu biz böyütmüşük. Digər tərəfdən də düşünəndə, Qaranın öz karyerası baxımından deyirəm ki, getsin, özünü yaxşı yerlərdə sınasın



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail