Muarem Muarem: "Bununla bağlı heç nə düşünmürdük"

31.03.2017 | 2814 dəfə oxunub

“Neftçi” ilə səfər oyununda hesabı açan "Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muarem oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Optimal heyətlə oynamasanız da, tapşırığın öhdəsindən artıqlaması ilə gəldiniz...

- Yaxşı hazırlaşdıq. “Neftçi” ilə kubokun yarımfinalında 2 dəfə qarşılamalı idik. İlk oyunda, həm də səfərdə 2 qol vurmaq böyük üstünlükdü. Amma heç nə bitməyib. Rəqibimiz də səfərdə bizə 2 qol vura bilər, bu gücə sahibdir. Üstəlik, çempionatda sıx qrafiklə çıxış edəcəyik, çətin səfər oyunlarımız var. Bu da təsir edə bilər.

- Azərbaycanda ev-səfər fərqi hiss olunurmu?

- Bütün oyunlarda yox. Amma əsas rəqiblərlə duellərdə bu fərqi hiss edirəsən. “Qəbələ”nin, “Neftçi”nin, “Sumqayıt”ın, “Zirə”nin yaxşı azarkeşləri var.

- 2:0 hesabından sonra da finala çıxacağınıza inanmırsınız?

- “Neftçi” çox güclü, formada olan komandadı. Ötən turda “Qəbələ”ni uddular. Bu nəticələri izləyib, diqqətli olmalıyıq.

- Bu gün qələbə qazanmaq üçün rəqibə hansı “tələ”ni qurdunuz?

- Öz oyunumuzu oynadıq. Sürətli oynadıq, erkən qol vurduq. Kənardan rahat oynadığımız görünə bilər, amma asan qarşılaşma deyildi. Yaxşı hazırlaşdıq və bəhrəsini gördük.

- “Neftçi” 80 illik yubileyini qeyd etdi. Rəqibin bayram ab-havasında olması sizə motivasiya verirdimi?

- Bununla bağlı heç nə düşünmürdük.

- Tahir Gözəl açıqlamasında “Neftçi”ni onun meydanında yenməyin özü üçün vacib olduğunu demişdi...

- Ola bilər, bu, başqanımızın düşüncəsidi. Biz oyuna köklənmişdik. Bu qarşılaşma üçün hansısa mükafat da vəd olunmamışdı.

- Artıq finalda “Qəbələ” haqda düşünmək olarmı?

- Bu haqda düşünmək tezdi. Hələ cavab oyunumuz var. Bəlkə “Qəbələ” belə düşünə bilər. Amma biz cavab oyunundan sonra fikrimizi açıqlaya bilərik.

- Cari mövsümdə deyəsən ancaq “Qəbələ” “Qarabağ” rəqabətini izləyəcəyik. Çünki kubokun yarımfinal mərhələsinin ilk oyunlarının nəticəsi də belə düşünməyə əsas verir. Çempionatda da əsas rəqibiniz onlardı...

- Çempionatın startından sonra bəzi komandalarda problemlərin olduğu görünürdü. “Neftçi” mövsümə bu cür başlasaydı, bəlkə də indi bizim sıramızda idi, “İnter” və “Qəbələ” ilə birgə əsas rəqibimiz olardı. Gələn il daha yaxşı olacağına inanıram. Çünki çempionatımız ildən-ilə güclənir. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail