Tahir Gözəl: "Naxçıvana getmək, Gədəbəyə getməkdən ucuz başa gəlir" - MÜSAHİBƏ

06.04.2017 | 3219 dəfə oxunub

“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl “Neftçi” ilə oyundan sonra (0:0) jurnalistlərin suallarını cavablandırıb: 

- “Neftçi”yə onun meydanında qalib gələrək, mərhələ keçməyi çox istəyirdiniz. Bunu da bacardınız, nə hiss edirsiniz?

- Əvvəla, “Neftçi”ni 80 illik yubileyi münasibətilə təbrik edirəm. Bu, möhtəşəm bir tarixdir. Hamımızın fəxridir. Ancaq “Qarabağ” da tarixi klubdu. Bu gün də matça üstünlüklə başlamışdıq. Gözəl də oyun oldu. Çox razıyam.

- Demək olar ki, ikinci heyətlə oynayırdınız, ehtiyat qüvvədən razı qaldınız?

- Yaxşı oynadılar. Əsas odu ki, nəticə əldə etdik. Bilirik ki, qarşıdan gələn “Qəbələ” ilə oyun çox vacibdi, ona görə də Qurban hocanın rotasiya qərarını anlayıram.  Bu, mənim şəxsi fikrimdi, baş məşqçi belə düşünürmü, bilmirəm. Çünki “Qəbələ” ilə oyun çempionluğun taleyini həll edə bilər.

- “Qəbələ” ilə finalda da oynayacaqsınız...

- Hədəfimiz “qızıl dubl”du. “Qarabağ” adı ilə, oyunu ilə buna layiqdi, ancaq rəqib də layiqli komandadı. Çox həyəcanlı, çox maraqlı qarşılaşma olacaq.

- “Qəbələ” “Qarabağ”a qarşı sanki xüsusi motivasiya ilə çıxış edir...

- Mən fikir vermişəm ki, bütün komandalar bizə qarşı xüsusi əzmkarlıqla çıxış edirlər. Bizim də çatışmayan cəhətimiz var ki, o da nisbətən zəif rəqiblərə qarşı oyunlarda “boşalmalar” olmasıdır. Çox çətin, çox mürəkkəb oyun olacaq.

- Seçim qarşısında olsanız, kuboku seçərsiniz, ya çempionluğu?

- Bunu indiki zamanda demək düzgün deyil, ancaq əlbəttə ki, çempionluq. Ən yaxşı halda isə biz hər iki mükafata namizədik. Çünki bu, tarixdi. Biz o tarixi yazmalıyıq.

- Reynaldo “Qarabağ”dan getdikdən sonra yeni komandasında heyətə düşə bilmir. Ona yazığınız gəlirmi?

- O, çox istedadlı futbolçudu. Bilmirəm, səbəbi nədi.

- Kubokun finalı Naxçıvanda olacaq...

- Əla, əla, dəstəkləyirəm. Gedib Batabatda kabab yemək istəyirəm. Çox sevindim, təki bölgələrdə futbol olsun. Naxçıvan da bizimdi.

- Azarkeşlərin Muxtar Respublikaya getməsinə kömək edə biləcəksinizmi?

- Xeyr, ona söz verə bilmərəm. Onsuz da, Naxçıvana getmək, Gədəbəyə getməkdən ucuz başa gəlir. Azarkeşlərimizi dəvət edirəm ki, gəlib bizi izləsinlər. Həm də bütün yükü bir sponsorun üstünə atmaq olmaz ki. Hamımız dəstək olmalıyıq. Azarkeşlər də, digər imkanlı şəxslər də. Mən xaricdə yaşayan bütün imkanlı şəxsləri dəvət edirəm ki, bizə bu ağır yükümüzdə yardımçı olsunlar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail