Elxan Abdullayev: "Mən söz verməmişdim ki, komandanı Avroliqaya çıxaracam"

06.04.2017 | 5330 dəfə oxunub

 “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyununda evdə 2 cavabsız qolla məğlub oldiqları “Qarabağ”la səfərdə qolsuz bərabərliyə razı olduqları matçdan sonra mətbuat konfransında jurnalistərin suallarını cavablandırıb:

- Bu gün çox gözəl oynadıq. Təəssüf ki, ilk görüşdə lazımi nəticəni qazana bilməmişdik. Kubok iki oyundan ibarətdi. Gərək ilk matçda da belə çıxış edərdik. Yenə də komandama təşəkkür edirəm.

- Qış fasiləsindən sonra “Neftçi” həm çempionatda, həm də kubokda Avroliqa şansını itirib...

- Mən söz verməmişdim ki, komandanı Avroliqaya çıxaracam. Söz vermişdim ki, bu vəziyyətdən çıxacağıq. Fikrimcə, bunu da bacardım. Hərdən Tahir Süleymanov yazır ki, “Neftçi” 15 futbolçu transfer edib. O qədər oyunçu birdən almamışıq, sadəcə, əvəzləmişik. Mən gələndən sonra 3 legioner artırmışıq. Bizim ən böyük problemimiz odu ki, 3 dəfə “İnter”i udmuşuq, “Qəbələ” və “Qarabağ”la heç-heçə etmişik. Biz “İnter”i yox, “Zirə”ni, “Sumqayıt”ı udsaydıq, indi onlar harda olardılar? Əsas rəqiblərimizə uduzmuşuq. Qışdan sonra 17 xal toplamışıq və hələ qarşıda 4 oyunumuz var. Avrokubok şansımız hələ bitməyib. Komandada inkişaf var. Komanda birdən-birə qurulmur, vaxt lazım olur. Sadəcə, bizdə stabillik çatışmır ki, bu da vaxtla düzəlir.

- Bəzi legionerlər icarə əsasında sizdə çıxış edir. Bu məsələ sizə problem yaratmayacaq?

- Hazırkı legionerlərimiz əvvəlkilərdən güclüdülər. Bəzi adamlar büdcəmizi sayır. Amma deyim ki, Şikovun burda aldığı pula indi 3 legioner oynayır. Flavinyo 800-900 min alırdı. Amma indi belə bir imkanımız yoxdu.

- Büdcədən danışdınız. Amma sizi məğlub edən “Sumqayıt” və “Zirə”nin büdcəsi daha azdı. Bu gün də azarkeşlər sizi istefaya səslədilər. Düşünmürsüz ki, işiniz fiaskoya uğradı?

- Xeyr. Mən onları azarkeş saymıram. Komandanı sevən fanat “istefa” qışqırmaz. 60-cı dəqiqədə “istefa” qışqıranı azarkeş saymıram. “Neftçi”nin sadiq azarkeşləri var, biz onlar üçün oynayırıq. Amma “Forza Neftçi” fan-klubunu azarkeş saymıram. Onlar gəlib meydanda xuliqanlıq edirlər.

- Düşünmürsüz ki, bu açıqlamanız sizə baha başa gələ bilər?

- Mən 14-15 yaşlı uşaqdan qorxmalıyam? Kim istəyir, gəlsin, başa salım. Arxamda durub söyüş söyürlər, işimə mane olurlar. Belə şey görməmişəm.

- Kamran Ağayev sizin maraq dairənizdədimi?

- Onun klubu ilə müqaviləsi davam edir. Mövsüm başa çatsın, ondan sonra baxmaq olar. Kamranı yaxşı qapıçı sayıram. Amma biz indi növbəti oyunu düşünürük.

- Komandanın oyunundan razı qaldığınızı dediniz. Amma bu gün nəticə lazım olduğu vaxtda hücumçunu hücumçu ilə əvəzlədiniz. Bunu necə başa düşmək olar?

- Oyunun təkrarına sabah yenidən baxın. Bilmirəm siz hansı gözlə baxırsınız. Siz azarkeş, mən isə məşqçi gözü ilə baxıram. İndi deyirəm ki, yaxşı oynadıq. Amma qol vursaydıq, əla olardı. Bizdə ağıllı adam çoxdu. Hərdən feysbukda görürəm, yazırlar ki, onun futbol savadı yoxdu. Siz baş məşqçi olsaydınız, kimi meydana buraxardınız? Danışmaq asandı. Mən də iki hücumçu ilə oynamaq istərdim. Amma limit problemi var. İki hücumçuya keçmək üçün əcnəbilərdən birini çıxarmalısan. Amma bu da mümkün deyil.

- “Neftçi” niyə xalqın sevgisini itirir?

- Azarkeşin 15-16 yaşı var. Onları öyrədən var. Gənc azarkeşlərə düz istiqamət göstərmirlər. Valideynlər diqqət versinlər ki, onlar nə işlə məşğul olurlar. Gənclərimizin futbola belə yanaşmasını istəməzdim. Onlar hələ istefanın nə olduğunu bilmirlər. “Qəbələ”ni məğlub edəndə məni dahi adlandıran sonra məğlub olanda deyir ki, səviyyəsizdi. Bu onun fikridi, hörmətlə yanaşmaq lazımdı. Bu gün 3:0 udsaydıq, Elxan Abdullayev böyük məşqçi adlanacaqdı? Belə düşüncə düzgün deyil.

- Açıqlamalarınızın birində qeyd etdiniz ki, qış fasiləsindən sonra əsas rəqiblərinizi məğlub etməsəniz kateqoriyanızı cıracaqsınız...

- İndi yazırlar ki, guya mən “Qarabağ”ı 3:0 udacağımızı demişəm. Kimə demişəm? Soruşdular ki, “Qarabağ” finaldadımı? Cavabım bu oldu ki, bizi niyə basdırırsınız, hələ şansımız var. Bilirəm ki, çətindi, amma şans var. Futbolçu o açıqlamaları oxuyur. Desəm ki, şansımız yoxdu, futbolçu hansı motivasiya ilə meydana çıxar? Mən özümü günahkar çıxrmıram. Mən “Neftçi”yə gələndə bəzi adamlar deyirdi ki, AZAL bizi keçməyəcək. Öz yolumla gedirəm və tələsmirəm. Məni tələsdirən də yoxdu. Qarşıma əvvəldən şərt qoyulsaydı, bəlkə də, komandaya gəlməzdim. Mənə dedilər ki, komandanı imkan daxilində düzəlt. Komandada nəyin çatmadığını bilirik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail