Roman Qriqorçuk: "Fikrim qalan matçlarda qələbə qazanmaq və kuboku götürməkdi"

10.04.2017 | 3376 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 25-ci turunun oyununda səfərdə "Qarabağ"la qolsuz bərabərəq alan "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk oyundan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Təəssüf ki, istədiyimiz nəticəni əldə edə bilmədik. Düşünürəm ki, lazımi tapşırıqları yerinə yetirib, heç-heçə etdik. Yolumuza davam edirik.

- Cavid Hüseynov ikinci hissədə zəif təsir bağışladı. Onu Rasim Ramaldanovla əvəzləyib, Rəşad Sadiqovu mərkəzə çəkə bilməzdinizmi?

- Düşünürəm ki, hər şeyi düz etdik. Belə müzakirələr etsək, səhərə qədər vaxt çatmaz. Düzgün hesab etdiyim dəyişikliklərə əl atdıq.

- “Qəbələ”nin çempion olub-olmaması sizin burdakı taleyinizə təsir edəcəkmi?

- Bir ay sonra nələr olacağını indidən danışa bilmirik. İndi fikrim qalan matçlarda qələbə qazanmaq və kuboku götürməkdi. Buna sonra baxmaq olar.

- Oyunun gedişində 2 hücumçulu taktikaya keçə bilməzdiniz?

- Biz bütün oyunu 4 hücumçu ilə oynadıq. Potensial cəhətdən yerlərini dəyişmək olardı. Amma bu gün lazım olanı etdik.

- Çempionluq şansınızı necə dəyərləndirirsiz?

- Son 3 oyunda 9 xal toplamaq olar. Bu səbəbdən nəsə demək çətindi. Bunlar tapmacalardı. Düzdü, “Qarabağ”ın çempionluq şansı daha çoxdu.

- Bu gün qələbə üçün nə çatmadı?

- “Qarabağ” çox yaxşı oynadı. Rəqib müdafiədə səhvsiz çıxış etdi. Ümid edirdik ki, bizim sürətimiz daha çoxdu. Amma “Qarabağ” bunun qarşısını layiqincə aldı.

- Bəzi planlaşdırılmamış xal itkiləriniz oldu. Düşünmək olarmı ki, “Qarabağ”dan öncə əsas rəqibiniz elə “Qəbələ” özüdü?

- Bəli, razıyam. Elə oyunlar oldu ki, qalib gəlməmək mümkün deyildi, heç-heçə etdik. Bəzi matçlarda 10-15 qol vəziyyətinə baxmayaraq, qələbə qazana bilməmişik. İdeal oynamadığımızı bilirəm. Əsas problemimiz qol yolları ilə bağlı oldu.

- “Qəbələ” daha çox kubok komandası kimi tanınır. Kubokun finalında komandanı bu baxımdan kökləməyin sizə daha rahat olacağını düşünmək olarmı?

- Titullar həmişə az olub. “Qarabağ” çempion olsa, bunun dadını görüb, daha birini əldə etməyə çalışacaq. Məncə, finalda onların motiivasiyası daha güclü ola bilər.

- Real gücləri nəzərə alsaq, “Qarabağ”ın qarşıdakı turlarda xal itirmək ehtimalı daha çoxdu, yoxsa “Qəbələ”nin kuboku qazanmaq?

- Belə sualdan düşünmək istəyirəm ki, mənə məşqçilik lisenziyası yox, peyğəmbərlik lisenziyası lazımdı (gülür). Çünki belə şeyləri öncədən müəyyənləşdirmək mümkün deyil.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail