Qara Qarayev: "...getmək haqda düşünürəm"

10.04.2017 | 3744 dəfə oxunub

“Qarabağ”ın futbolçusu Qara Qarayev “Qəbələ” ilə oyundan sonra (0:0) jurnalistlərin suallarını cavablandırıb:

- Oyun necə keçdi?

- Gərgin oyun olacağını bilirdik. “Qəbələ” bizim üçün həmişə çətin rəqib hesab olunub. Əvvəl olduğu kimi, bu gün də yaxşı oynadılar. Şükür ki, məğlub olmadıq. Bu oyun artıq bizim üçün başa çatdı.

- Belə bir fikir formalaşmışdı ki, “Qarabağ” bu matçda qələbə qazansa, çempionluğun taleyi böyük ölçüdə müəyyənləşəcək. Sən bu fikirlə razısan?

- Əgər rəqibi məğlub etsəydik, xal fərqi 7 olacaqdı, qarşıda da 3 oyun var. Hər-halda, fikirlərdə doğruluq var ki, çempionluq yoluna böyük bir addım atmış olacaqdıq. Amma düşünürəm ki, bu gün həmin gərginlik yenə də qaldı və çempionatın sonuna qədər davam edəcək.

- Son 3 turda “Qarabağ”ı xüsusilə də “İnter” və “Neftçi” ilə çətin oyunlar gözləyir...

- Belə deyək, “İnter” bu il bizim üçün çətin komandalardan biri olub. Oyunun çətin keçəcəyini bilirik. “Sumqayıt” isə dördüncü yerə çıxmaq şanslarını saxlayır və bizə qarşı daha da motivasiyalı olacaqlar. “Neftçi” ilə isə turnir cədvəlindək yerindən asılı olmayaraq, oyunlar həmişə gərgin olur. Ümid edirəm ki, bu oyunlarda xal və ya xallar itirməyəcəyik. Ancaq əsas 3 oyunu yox, qarşıdakı “İnter”lə matçı fikirləşirik.

- Start  heyətdən kənarda qalmağın gözlənilməz olmadı?

- Xeyr. Mövsümün sonudu və baş məşqçimizin qərarına hörmətlə yanaşıram. Bəlkə də məni düşünüb belə addım atıb. Çünki məşqçimiz bizimlə danışır və çox şeyi bizdən daha yaxşı bilir. Klubda olan aparatlarla bizim nə qədər qaçdığımızı, nə qədər yorulduğumuzu təyin edə bilirlər. Düşünürəm ki, bu gediş məni qorumaq üçündür, və ya hansısa bir sistem dəyişikliyidir və buna da normal yanaşıram. Belə şeylər olur, olacaq da.

- Meydana çıxanda əsas göstəriş nə oldu?

- Rəqibin təhlükəli oyunçuları var idi. Əsas tapşırıq meydanın bizə aid hissəsində mərkəzi qorumaq idi. Qurban müəllim tapşırdı ki, müdafiənin önündə oynayım.

- Qara, transfer və müqavilə məsələsi haqda yenilik varmı?

- Hələ ki, müqavilə haqda danışmamışıq. Əgər xarici variant olsa, bundan öncə də dediyim kimi, getmək haqda düşünürəm. İnşallah klubum da buna qərar verəcək. Çünki klubum məni yetşdirib, boya-başa çatdırıb. Müqaviləm bitsə də, klubumuzun razılığı mənim üçün əsas şərtlərdən biri olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail