"Kamran hara getsə, mən də onun dalınca düşüm? " - MÜSAHİBƏ

10.04.2017 | 2925 dəfə oxunub

"İnter"in qapıçısı Səlahət Ağayev Azərbaycan Premyer Liqasının 25-ci turunda "Zirə" ilə keçirilən oyundan (1:1) sonra sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Ən azı bürünc medalları təmin etdiyiniz oyun barədə nə deyə bilərdiniz?

- "Zirə" ilə oyunlarımız həmişə çətin olur. Xüsusən, burada nə ediriksə, qələbə qazana bilmirik. Bununla belə, bizə lazım olan xalı qazandıq və ən azı bürünc medalı təmin etdik.

- Bürünc medal "İnter"ə yaraşır, yoxsa...?

- Bu vəziyyətdə bürünc medal bizim üçün nəinki qızıl, hətta brillianta bərabərdir. "İnter"də olan problemləri bilirsiniz, bu, heç kimə sirr deyil. Uşaqlar, məşqçilər korpusu sağ olsunlar. Sonadək can-başla mübarizə apardıq. Bilmirəm, ikinci yerə şansımız var, ya yox. Bizim üçün "Qarabağ", yoxsa "Qəbələ"nin çempion olacağının fərqi yoxdur. Hər ikisi ilə oyunumuz qalıb. Əvvəlki matçlarda necə çıxış etmişdiksə, yenə eyni qaydada gücümüzü qoyacağıq.

- Demək olarmı ki, mövsüm "İnter" üçün başa çatdı. Gələcək planlarınız nədən ibarətdir?

- Hələlik yeni bir şey yoxdur. Heç bir klubla anlaşan yoxdur. Bir neçə futbolçunun müqaviləsi başa çatır. Eşitdiyimizə görə, kimlərləsə danışıqlar aparırlar. Yəni, komandanın yaşaması istiqamətində işlər görülür.

- Hələ ötən ayların maaşını almamısınız. Bu halda necə danışıqlar aparıla bilər?

- Bunu deyə bilmərəm. Biz neçə aydır belə problemlər yaşayırıq. Amma bir ailə kimi sonadək mübarizə apardıq. Biz öz işimizi gördük. Qalan məsələlərin hamısı sponsorlar və rəhbərlikdən asılıdır.

- Kapitan Nizami Hacıyev deyirdi ki, "İnter" ilk "3-lüy"ə düşsə, ən azı bu vəziyyət saxlanılacaq...

- Mən elə şey eşitməmişəm. Yalan deyərəm.

- Ümumiyyətlə, şəxsən özünün komandada qalmaq fikrin var?

- Bilmirəm. Belə olsa, çətin qalaram.

- Bu gedişlə bütün komandalarda vəziyyət belə olacaq...

- Bilmirəm. Görək də. Hansısa komandaya gedərik də. Real danışsaq, xaricdən təklif yoxdur. Olsa da, Türkiyə I Liqasına gedincə, burada qalmaq daha münasibdir.

- Portuqaliya "Boavişta"sında qapıçı mövqeyi Kamran Ağayevin gedişindən sonra vakant qalıb...

- (gülür) Kamran hara getsə, mən də onun dalınca düşüm?  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail