Yaşar Vahabzadə: "...böyük hədəflər haqqında danışmaq olar" - MÜSAHİBƏ

12.05.2017 | 3468 dəfə oxunub

U-23 milli komandamızın baş məşqçisi Yaşar Vahabzadə  İslam Həmrəyliyi Oyunlarının futbol yarışlarının II turunda Səudiyyə Ərəbistanını 2:0 hesabıyla məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

 - İki müxtəlif hissəyə şahidlik etdik. İlk yarıda küləyə qarşı oynayırdıq, ona görə də bir qədər çətin idi. Əsasən də sadə vəziyyətlərdə, ötürmələrdə səhvə yol verdik. Futbolda isə elədi ki, bir neçə dəfə ötürmədə səhv edəndə üstünlük rəqibə keçir. İlk hissədə bunun aşkar şahidi olduq. Fasilədən sonra tamam fərqli oyun göstərdik. İstəkli və inamlı idik. Buna səbəb fasilədə elədiyimiz bəzi müdaxilələr idi. Futbolçularımdan ikinci hissəyə görə razı qaldım, sağ olsunlar.

- Komanda matçın gedişində bir az intizamsız kimi nəzərə çarpırdılar. Sizin tapşırıqlarınıza qulaq asmırdılar, rəqiblə tez-tez mübahisə edirdilər. Sanki futbola deyil, davaya çıxmışdılar. Bunun səbəbi nə idi?

- Xeyr, davaya çıxası olsaydıq, elə dava edərdik. Sadəcə oyun epizodlarıdı, anlaşmazlıqların olması normaldı. Komanda qələbə qazanmaq istəyir, buna görə də aqressivlik müşahidə olunur. Mən oyun zamanı qışqırıram, ancaq səsim 50 metr uzağa çatmır. Futbolçulardan çox siz eşidirdiniz səsimi və əsas odu ki, sizin aranızda sakitlik idi (gülür).

- “Qəbələ”nin bir neçə futbolçusu düşərgəyə zədəli qoşulmuşdu. Elvin Camalovun və Tellur Mütəllimovun durumu necədi? Sağalıblarmı?

- Elvin keçən oyunda meydana çıxdı. Tellur isə dünəndən komanda ilə məşqlərə başlayıb. Gələcək oyunlarda şans qazana bilər.

- Ruslan Abışov əsas millidəki və klubundakı mövqeyindən fərqli yerdə oynayır. Onu daha çox müdafiənin mərkəzində sınayırsınız...

- Ruslan karyerasına mərkəz müdafiəçisi kimi başlayıb. İndi də 3-lü müdafiə taktikasında sol ayağı işlək oyunçu kimi o mövqedə bizə çox köməyi dəyir.

- Artıq iki oyun geridə qalıb. Sizcə komandamız hansı nəticəyə ümid edə bilər?

- Mən daha əvvəl də demişəm ki, əsas məqsəd qrupdan çıxmaqdır. Yalnız bundan sonra daha böyük hədəflər haqqında danışmaq olar.

- Səudiyyə Ərəbistanının baş məşqçisi növbəti rəqibimiz Mərakeşin bizdən daha güclü komanda olduğunu dedi. Siz necə düşünürsüz?

- Oyuna kimi hazırlaşacağıq, çalışacağıq ki, qalib gələk. Bizi heç-heçənin də qane etməsinə baxmayaraq, elə bir niyyətimiz yoxdur, yalnız qələbə üçün oynayacağıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail