Prosineçki: "Bir komanda oynadı, digəri qələbə qazandı" - MÜSAHİBƏ

11.06.2017 | 3954 dəfə oxunub

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya yığmasıyla oyundan (0:1) sonra jurnalistlərin suallarını cavablandırıb:

- Çox danışmaq istəmirəm. Futbolda belə hallar olur. Bir komanda oynadı, digəri qələbə qazandı. Yəqin komandadan razı qalarsınız. Uşaqlar baxımlı oyun sərgilədi.

- Meydanda intizamlı, topu ayağında saxlayan komanda gördük. Bu məğlubiyyət futbolçulara psixoloji cəhətdən nə dərəcədə təsir edə bilər?

- İndi millinin oyunçuları tətilə gedirlər. Sonra “Qarabağ” Çempionlar Liqasında, digər klublar Avropa Liqasında yarışacaqlar. Futbolda belə hadisələr olur. Bu gün 70 faiz top bizdə idi. Çox az səhv etdik.

- Bu gün sanki “Qarabağ” oynayırdı. Bu sistem gələcəkdə də davam edəcəkmi?

- Mən bura gələndən eyni sistemlə oynayırıq. Yalnız son dəqiqədə səhvə yol verdik və qol buraxdıq. 4 real qol şansımız var idi. Namiqi yıxdılar, hakim təhlükəli mövqedən cərimə zərbəsi vermədi. Mən komandamdan razı qaldım.

- Bu gün 10 nəfər vuruşurdu, Kamran Ağayev vaxt “udurdu”. Bu fikirlə razısınız?

- 70-ci dəqiqədən sonra iki qol şansımız yarandı.

- 63-cü dəqiqədə komandamız künc zərbəsi qazansa da, Bədavi, Rəşad kimi oyunçular arxada qaldılar. Bu taktika ilə qələbə qazanmaq olardımı?

- Mənim həmin epizod yadımda deyil. Onu deyə bilərəm ki, bu gün güclü Azərbaycan yığmasını izlədik. Şimali İrlandiya güclü komandadı. 10 nəfərlə müdafiə olunsalar da, 4 qol vəziyyəti yaratdıq. Bircə dəfə səhvə yol verdik, qol buraxdıq. Əgər 4 vəziyyətdən ikisini qola çevirə bilsəydik, bu, son illərin ən güclü Azərbaycan yığması olardı. Norveçə qarşı fərqli oynayıb qələbə qazandıq. Ancaq bu gün üstün oynasaq da, məğlub olduq.

- Türkiyə mətbuatına inansaq, sabah “Bursaspor”la danışıq aparmaq üçün Türkiyəyə gedəcəksiniz. Bu, doğrudumu?

- Mənim AFFA ilə ilin sonuna qədər müqaviləm var. Bəlkə mənim getməyimi istəyirsiniz?

- Meneceriniz dedi ki, “Valensiya”dan təklif gəlsə də, Prosineçki qəbul etmədi. İlin sonuna qədər burda qalacaqsınız?

- Mənim, həqiqətən də, getməyimi istəyirsiniz? Mən AFFA prezidenti, baş katiblə danışmalıyam. Ondan sonra nəsə deyə bilərəm.

- Stadiona toplaşan 30 min azarkeşə hansısa sözünüz varmı?

- Hər bir azarkeşin öz fikri var. Mən dəstəyə görə azarkeşlərimizə minnətdarlıq edirəm. Bu gün meydana çıxan futbolçularım canla-başla vuruşdular. Bacardıqlarını meydanda göstərdilər. Bəli, futbolda nəticə çox vacibdi. Amma uşaqlar bu gün əllərindən gələni etdilər.

- Riçard Almeydanın simasında axtardığınız oyunçunu tapdınızmı?

- Almeyda artıq 6 ildi Azərbaycandadı. Oyunçuların əksəriyyətini çempionatdan tanıyır. Maksimi, Qaranı, Rəşadı, Bədavini, Namiqi, Əfranı tanıyır. Almeyda o oyunçuları məndən yaxşı tanıyır. Uyğunlaşma prosesində heç bir çətinliyi yoxdu. Bəli, Riçardın simasında axtardığım futbolçunu tapmışam. Həm topla, həm də topsuz çox hərəkət edir. Məncə, o son illərdə Azərbaycanda çıxış edən ən yaxşı legionerlərdən biridi. Onun məşq prosesindəki işinə baxanda fikirləşirsən ki, cənubi amerikalı yox, avropalıdı. Bəzən məşqdəki canfəşanlığını görəndə onun braziliyalı olduğunu unuduram.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail