Qara Qarayev: "Oyun planımızda axsamalar var"

12.07.2017 | 4256 dəfə oxunub

“Qarabağ”ın futbolçusu Qara Qarayev Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Gürcüstanın "Samtredia" klubunu 5:0 hesabı ilə məğlub etdikləri görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Böyükhesablı qələbə qazandınız. Oyun barədə nə deyə bilərsən?

- Oyuna yaxşı hazırlaşmışdıq. Yaxşı nəticə qazanmağa çalışırdıq. Nəhayət, istədiyimiz nəticəni əldə edə bildik. Bizi səfərdə çətin oyun gözləyir. Rəqib daha sərt oynayacaq. Düşünürəm ki, ikinci matç bizim üçün daha ağır olacaq.
 
- Rəqib ilk dəqiqələrdən kobud oynayır, pressinq edirdi. Onlar bunu sizi təxribata çəkmək üçün edirdi, yoxsa oyun üslubları belədir?

- Yəqin ki, bizi yaxşı analiz etmişdilər. Vurduğumuz qollar bizim oyunumuzu daha da yaxşılaşdırdı. Bizdə də çatışmazlıqlar var. Hər qol vurduqda rəqib həvəsdən düşdü, biz daha da həvəsləndik. Bu da bizim daha səviyyəli oynamağımıza və yaxşı nəticə əldə etməyimizə gətirib çıxardı. Rəqibin heyətində xarakterli futbolçular çox idi. Əsas da yarımmüdafiə xəttində yer alanlar qışqırıb-bağırırdılar, məğlub olmaq istəmirdilər. Bu cür oynamaları da xarakterli olmaqlarından irəli gəlirdi. Yəni Gürcüstandakı oyuna daha ciddi hazırlaşmalıyıq.
 
- Səncə, yeni transferlər necə təsir bağışladı?

- Onlar komandamıza uyğunlaşıblar. Fikrimcə, növbəti oyunlarda daha yaxşı formada olacaqlar. Yeni transferlərimiz gəldikləri klublarda, oynadığı çempionatlarda öz sözlərini deməyi bacarıblar. Ümid edirik ki, uğurlu karyeralarını “Qarabağ”da da davam etdirəcəklər.
 
- Hazırlıq zamanı keçirdiyiniz yoxlama oyunları və nəticələr rəsmi matç öncəsi bir qədər narahatlıq yaratmışdı. Böyükhesablı nəticə qeydə alınsa da, həqiqətən də çatışmazlıqlar az deyildi…

- Sözsüz, oyun planımızda axsamalar var. Bu da komandadakı itkilərlə bağlıdır. Riçardın və Kintananın zədəli olması problemlər yaradır. Yoldaşlıq oyunlarındakı nəticələr haqda danışmaq istəmirəm. Çünki biz əksər vaxtlarda yoldaşlıq oyunlarında uğursuz nəticələr əldə etmişik və bundan sonra oynamağa başlamışıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail