Zaur Axundov: "Nə potensial rəqib, nə də püşkatma barədə düşünmürəm" - MÜSAHİBƏ

13.07.2017 | 3829 dəfə oxunub

“İnter”in Müşahidə Şurasının sədri Zaur Axundov Avropa Liqasının II təsnifat mərhələsinin “Fola” ilə ilk oyunundan (1:0) sonra jurnalistlərin suallarını cavablandırıb:

- Artıq avrokuboklarda zəif komanda yoxdur. “Fola” ilk mərhələdə Moldova klubunu mərhələdən kənarlaşdırıb. Bu səbəbdən də elə əvvəldən oyunun asan keçməyəcəyini bilirdim.

- Bu gün “İnter” “Mladost”la oyunda olduğu kimi parlaq çıxış etmədi...
- Hər oyun eyni səviyyədə keçə bilməz. 3-4 görüş ardıcıl eyni cür oynamaq da çətindir. 6 gün əvvəl ağır qarşılaşma keçirmişdik. Mövsümün əvvəlində çatışmayan cəhətlər olur. Üstəlik, eyni heyətlə mübarizə aparırıq, transfer edə bilmərik. Güc eyni oyunçuların üstünə düşür. Amma sevindirici haldır ki, geridə qalan müddətdə 3 oyun keçirmişik və qapımızda qol buraxmadan qalib gəlmişik. 8 gün vaxtımız var və cavab oyununa hazırlaşacağıq.

- Lüksemburqa tez uyğunlaşmaq üçün komanda səfərə daha erkən yollanacaq?
- Oyundan 2 gün öncə getmək istəyirik. Hələ ki planlarımız belədir. 

- Artıq 2 gün sonra Avroliqada III təsnifat mərhələsinin püşkü atılacaq...
- Nə potensial rəqib, nə də püşkatma barədə düşünmürəm. Futzalda da optimist insanam və bunu çox gözəl bilirsiniz. Mərhələ adlamayınca heç nə deməyəcəm. Lüksemburq klubunu keçmək asan olmayacaq. Heyətdə zədəli oyunçular da var. 

- Komandanın son durumu necədir?
- Maliyyə durumunda heç bir problemi yoxdu. AFFA-nın gül kimi bazası var. Dünya və Avropa səviyyəli stadion və bazadır. Ot örtüyü də standartlara uyğundur. Üstəlik, şəhərə yaxındı və məşqlə toplanışlar üçün əlverişlidir. Bizim üçün “Dalğa Arena” daha əlverişlidir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail