"Mövsümün əvvəli olsa da, komandamın üzərində təzyiq var" - "Kopenhagen"in baş məşqçisi

07.08.2017 | 3309 dəfə oxunub

"Brondbü" layiqli qələbə qazandı. Onlar yaxşı oynadılar, bizdən daha çox hücumlar etdilər. Xüsusən də ikinci hissə bizim üçün kabus kimi idi. Öz oyunumuzu göstərə bilmədik".

 

Stadium.az xəbər verir ki, bu sözləri Danimarkanın "Kopenhagen" klubunun baş məşqçisi Stale Solbakken deyib. Paytaxt təmsilçisi ölkə çempionatının 4-cü turunda rəqib meydanında “Brondbü” ilə qarşılaşıb. Derbi oyunu "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi üçün uğursuz alınıb. Son dəqiqədə Tibblinqin vurduğu qol “Kooenhagen”in 0:1 hesablı yenilgisinə səbəb olub. 

 

Matçdan sonra jurnalistlərin suallarını cavablandıran mütəxəssis fikirlərini bildirib: "Düşünürəm ki, biz rəqibdən güclü olmalı idik. Çünki "Brondbü" bir neçə gün öncə Avropa Liqasında matç keçirib və bir qədər yorğundur. Amma bizim gözlədiyimizin əksi oldu. Komandamızda bəzi çatışmazlıqlar var ve onları tez bir zamanda aradan qaldırmalıyıq". 

 

Çalışdırıcı komandasının üzərində təzyiq olduğunu vurğulayıb: "Həm Çempionlar Liqasında, həm də çempionatda mübarizə aparırıq. İki cəbhədə vuruşsaq da, daxili çempionatda çox xal itkisinə yol verə bilmərik. Mövsümün əvvəli olsa da, komandamın üzərində təzyiq var".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail