Prosineçki: "Bizdən revanş almaq istəyirlər" - MÜSAHİBƏ

31.08.2017 | 3228 dəfə oxunub

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin sentyabrın 1-də səfərdə Norveç yığması ilə keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup matçından əvvəl müsahibə verib:

- Milli komandanın hazırlıq səviyyəsindən razısınız?

- Cavid Hüseynovda angina, Ağabala Ramazanovda isə yüngül zədə vardı. Son iki gündə tam heyətlə istədiyimiz proqram üzrə məşq etmişik. Məşqlərdə Hüseynovla Ramazanov da iştirak edib. Norveçdə yüngül məşq olacaq. Bu gün "Ullevaal" stadionunda oyunöncəsi son məşqə çıxacağıq. İndiyədək olan hazırlıq prosesindən razıyam.

- Adətən, oyundan əvvəl start heyəti açıqlayırsınız. Artıq indidən beyninizdə "11-lik" formalaşıb?

- Hələ bir məşq də edəcəyik. Onu da gözləyim, sonra tam qərarımı verəcəyəm.

- "Qarabağ"ın Çempionlar Liqasındakı uğurları milli komandanın düşərgəsindəki əhval-ruhiyyəyə təsir edibmi?

- Bu, təkcə milli komanda üçün yox, bütün Azərbaycan üçün müsbət göstəricidir. Hamı sevinir. Sözsüz ki, bu, milli komandada da hiss olunur.

- Norveçlə qarşılaşmada hansı nəticəyə ümid edə bilərsiniz?

- Bizi çətin oyun gözləyir. Norveç son iki matçında Azərbaycanı məğlub edə bilməyib. Ötən seçmə tsikldə səfərdə 0:0 hesablı heç-heçə, bu dəfə isə evdə 1:0 hesablı qələbə əldə etmişik. Sözsüz ki, bizdən revanş almaq istəyirlər. Bilirəm ki, güclü heyətə malikdirlər. Bizi çətin oyun gözləyir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail