Prosineçki:"Heç vaxt oyunçularıma belə tapşırıq, göstəriş vermirəm" - MÜSAHİBƏ

04.09.2017 | 3120 dəfə oxunub

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San Marinoya 5:1 hesablı qələbədən sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Norveçə məğlubiyyətdən sonra komandam yaxşı futbol oynaya bildyini göstərdi. 90 dəqiqə ərzində üstün idik. 2-3 qoldan sonra arxayınlaşmadıq. Hücumları davam etdirdik və yenə qollar vurduq. Şadam ki, komandam bu gün özünə inandı və 90 dəqiqə ərzində gözəl futbol nümayiş etdirdi. Məndə olan məlumata görə, Azərbaycan yığması ilk dəfə 5 qol vurdu. Həm nəticədən, həm də oyundan razı qaldım.

- Debütant Təmkin Xəlilzadənin oyunundan razı qaldınız?

- Bəli, razı qaldım. Təmkin yığmada ilk matçına çıxmışdı. Müdafiədə yaxşı idi, hücuma da tez-tez qoşulurdu. Oyunboyu aktiv idi. Onun çıxışı məni qane etdi.

- İndiki məqamda qrupda neçənci yeri tutmağı hədəfləmisiz?

- Bizi oktyabrda 2 oyun gözləyir. Evdə Çexiya, səfərdə Almaniya ilə qarşılaşacağıq. Çexiyadan səfərdə 1 xal almışdıq. Onlara qarşı evdə də yaxşı oyun göstərməliyik. Almaniyaya gəlincə, özümüzü aldatmayaq, o komandanın gücündən xəbərdarsınız. Almanlarla görüşdə məqsəd özümüzü yaxşı tərəfdən göstərmək olacaq.

- Dmitri Nazarov Norveçlə qarşılaşmada sanki bilərəkdən sarı vərəqə alaraq, cəzalı duruma düşdü. Bu, sizin tapşırığınız idi?

- Mən heç vaxt oyunçularıma belə tapşırıq, göstəriş vermirəm. Dimanın həmin vərəqəni bilərəkdən alıb-almadığını bilmirəm. Bu sualı futbolçuya versəniz, yaxşı olar.

- Bu gün millidə debüt edən Renat Dadaşova növbəti matçlarda da şans verəcəksiz?

- Dünən demişdim ki, imkan olsa, Renata şans verəcəm. Bu gün Azərbaycan yığmasında debüt etdi. Onun Çexiya və Almaniya ilə görüşlərdə də iştirak edib-etməyəcəyi ilə bağlı indidən konkret söz deyə bilmərəm. “Ayntraxt”ın əsas komandasında meydana çıxmalıdı. Hər şey onun özündən asılıdı.

- Norveçlə matçda avtoqola imza atan Rəşad Sadıqov bu gün rəqib qapısına qol vursa da, müdafiədə səhvləri oldu. Onun çıxışı haqda nə deyə bilərsiz?

- Bu gün Rəşad kobud səhv etmədi. Ola bilsin, ötürmələrdə 1-2 səhv etdi. Bu da normal haldı. Rəşad milli üçün vacib futbolçudu. Azərbaycan futbolunda önəmli insandı. Rəşad növbəti görüşlərdə də bizimlə birgə olacaq. Hətta oynamasa belə, komanda üçün vacib şəxsdi, təlim-məşq toplanışında iştirak edəcək.

- Ruslan Abışov nəyə görə hələ də etimadınızı qazana bilməyib?

- Razıyam, bu gün ona da şans verə bilərdim. Mənə elə gəlir ki, Ruslan hələ tam formasını yığmayıb. Bu gün üçün göstərdiyi performans məni tam qane etmir. Amma Abışov növbəti oyunlarda da komanda ilə birgə olacaq. Mən onun necə futbolçu olduğuna bələdəm. Qarşıdakı matçlarda Ruslanı meydana buraxa bilərəm.

- Ramil Şeydayevi 90 dəqiqə meydanda saxlamağınız nə ilə bağlı idi?

- Ramil bu gün yaxşı oyun nümayiş etdirdi. Komanda üçün “vuruşan”, çalışan futbolçudu. Şansları da oldu, amma imkanlardan istifadə edə bilmədi. Qol vursa, ayağı “açılacaq”. Son vaxtlar klubunda da vəziyyəti yaxşı deyildi. Mən bu gün ondan qol gözləyirdim. Bu, Şeydayevin özünəinam hissinin qayıtması üçün vacib idi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail