"Panatinaikos”u keçməyin bizim üçün real olduğunu düşünsəydim, üzülərdim" - MÜSAHİBƏ

15.09.2017 | 3087 dəfə oxunub

“Qəbələ”nin çalışdırıcısı  Roman Qriqorçuk ölkəsinin mətbuatına müsahibə verib: 

- Zaman çox tez keçir. Sanki dünən “Çernomorets”i Avrokubok oyununa çıxarmısız Halbuki, 3 ilə yaxındı Azərbaycanda çalışırsız...

- İş zamanı bu elə də hiss olunmur. Ancaq fikirləşəndə, bir də baxırsan ki, zaman uçub-gedib.

- Bu mövsüm "Qəbələ"ni Avropa Liqasının qrup mərhələsinə daşıya bilmədiz. Üzülürsüz?

- “Panatinaikos”u keçməyin bizim üçün real olduğunu düşünsəydim, üzülərdim. Biz hələ əvvəlki mərhələdə “Yagelloniya”ya uduza bilərdik. Çünki Polşa komandası həmin vaxt güclü və yaxşı təşkilatlanmış idi. Elə alındı ki, “Qəbələ” rəqibini mübarizədən kənarlaşdırmağı bacardı. Lakin bunun yetirmələrim üçün maksimum olduğunu başa düşdüm.

- Oyunlar zamanı futbolçulara hansı dildə tapşırıqlar verirsiz?

- 2  futbolçumuz rus dilində başa düşmür. Onlara köməkçilərim yardım edirlər. Əcnəbilərə isə kiçik şeyləri ingilis dilində anlada bilirəm.

- “Çernomorets”i izləyirsizmi?

- Diqqətlə izlədiyimi deməzdim. Amma komandanın nəticələrindən xəbərim var. Bir neçə görüşlərinin icmalına baxmışam. Lakin “Çernomorets”in oyunu haqda ümumi təsvir vermək mənə çətindi.

- Ukraynada olduğu kimi, Azərbaycanda da əsas prioritet avrokuboklardı?

- Ola bilər. Bunu azarkeşlərin oyunlara olan marağı ilə izah edə bilərəm. Stadionlarda anşlaq, demək olar ki, Çempionlar Liqası, Avropa Liqası görüşlərində və milli komandanın matçlarında olur.

- Kiyev “Dinamo”sunun Avropa Liqasındakı rəqibi “Skenderbeu” ilə vaxtilə “Çernomorets”in çalışdırıcısı kimi qarşılaşmısız. Həmin matçı məşqçilik karyeranızın ən dramatik oyunu adlandırmaq olar?

- Bəli. Amma yaxşı sonluqla başa çatmışdı (gülür).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail