"Roma"nın baş məşqçisi: "Qarabağ"a qarşı qəddar oyun göstərmək niyyətindəyik" - MÜSAHİBƏ

26.09.2017 | 4327 dəfə oxunub

“Roma”nın baş məşqçisi Eysebio Di Françesko Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sabah “Qarabağ”a qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransına jurnalistlərin suallarını cavablandırıb:

- Oyunçuların hamısını oynatmağa çalışırıq. Hər biri bizim üçün dəyərlidi. Heyətimizi rəqibə görə qurmuruq. Oyun günü kim yaxşı formadadısa, ona da şans veririk. “Qarabağ”a, onun tarixinə, bura qədər gəldiyi yola böyük hörmətim var. Əminliklə deyə bilərəm ki, sabah bizə asan olmayacaq.

- El Şaravinin yenidən oynaması nə ilə bağlı idi?

- El Şaravi qısa vaxtda zədəsini sağaltdı və onu oynatdıq. Komandamızda Florenzi və Perotti də onu əvəzləmək iqtidarındadılar.

- İtaliya komandalarının Çempionlar Liqası üçün tam təkmilləşmədikləri deyilir. Sizin buna münasibətiniz necədi?

- Bununla razı deyiləm. Daim İspaniya və İngiltərə komandalarına qarşı normal oynamışıq. Digər tərəfdən məşqlərin və hazırlığın buna aidiyyəti yoxdu. Çempionlar  Liqası üçün başqa səbəb olmalıdı.

- “Roma”nı qarşıda çətin oyunlar gözləyir. “Qarabağ”la matçda heyət qurarkən bunu nəzərə alacaqsınız?

- Çətin oyunlar olacağını dərk edirik. “Qarabağ”dan texniki cəhətdən üstün olduğumuzu bilirik. Bütün komandalara qarşı qəddar oyun göstərmək niyyətindəyik. Heç bir komandaya güzəşt etmək niyyətimiz yoxdu.

- Komandada nə kimi dəyişikliklər etməyi düşünürsünüz?

- Bir komandanı tamamilə dəyişmək doğru olmaz. Nə qədər dəyişiklik edəcəyimi isə indidən deyə bilmərəm.

- Klubunuzun baş icraçı direktoru Umberto Qandini bildirib ki, “Qarabağ”ın hücumçusu Mahir Mədətovu izləyirsiniz. Onunla bağlı düşüncələriniz nələrdi?

- (Mahirin adını tərcüməçidən dəqiqləşdirdikdən sonra). Çox maraqlı oyunçudu. Onu uzaqdan zərbələri ilə tanıyırıq. Mahiri yenə də izləyəcəyik. Amma bura gəlmək səbəbimiz qələbə qazanmaqdı. Mahirdən əlavə, Dino Ndlovu, Pedro Enrike kimi daha 4 oyunçu təhlükəlidi. Onların hamısını sona qədər izləyəcəyik.

- Defrelin müntəzəm oynamamasının səbəbi nədi?

- Onu hamıdan yaxşı tanıyıram. Defrel mənim üçün xüsusi futbolçudu. Onu oynatmıramsa, o demək deyil ki, meydanda görmək istəmirəm. Oynatmıramsa, deməli, ona əlavə nələrisə öyrədirəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail