"Mən bu oyunda həddindən artıq motivasiya görmədim"

05.10.2017 | 5656 dəfə oxunub

DÇ-2018-in seçmə mərhələsində Çexiya ilə qarşılaşan yığmamızın müdafiəçisi Rəşad Sadıqov üçün bu oyun milli formada sonuncu olub. Stadium.Az xəbər verir ki, kapitan matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Təəssüf ki, milli komandada son oyunun məğlubiyyətlə nəticələndi. Nə baş verdi meydanda?

- Oyundan əvvəl də qeyd eləmişdim ki, rəqib güclüdür. Sıralamada bizdən geridə olsa da, səviyyələri şübhə doğurmayacaq komandadı. Yenə təkrar edirəm, Çexiya Şimali İrlandiyadan üstündü. Çoxlu top itkilərimiz oldu, nəticədə məğlub olduq.

- Komanda yoldaşlarınız oyundan qabaq deyirdilər ki, Rəşada görə qalib gəlməliyik. Necə düşünürsən, bəlkə həddən artıq motivasiya “yanmağınıza” səbəb oldu?

- Mən bu oyunda həddindən artıq motivasiya görmədim. Rəqib bizi üstələyirdi. Daha yaxşı oynaya bilərdik. Bu, ən yaxşı çıxışımız deyil. Təəssüflənirəm.

- Rəşad millidə nə arzulayırdı, nələrə nail oldu? Ümumiyyətlə, razı gedirsən millidən?

- Əlbəttə ki, hər bir idmançının arzusudu ki, böyük turnirdə iştirak etsin. Bu da mənim əlçatmaz arzum idi. Bu tsikldə yaxın idik buna, ancaq Şimali İrlandiyaya məğlubiyyət hər şeyin sonu oldu. Ümumilikdə isə 16 il millidə oynamaq məncə, yüksək nəticədi. Hər futbolçu belə karyeraya sahib olmaq istəyər. Bütün komanda yoldaşlarıma, məşqçilərimə, azarkeşlərimə minnətdaram. Daha yaxşı nəticələr qazana bilərdik.

- Xəyal elədiyin bir sonluq var idi?

- Bugünkü oyunda qələbə qazansaydıq, qrupu üçüncü yerdə bitirəcəkdik. Bu da yaxşı vida olardı mənim üçün.

- Kənardan millini izləmək çətin olmayacaq ki?

- Əlbəttə ki, çətin olacaq. Ancaq bununla barışmalıyıq.

- Almaniya qarşısında oyanamasan da, heyətlə səfərə yollanacaqsan?

- Bəli, komandanın yanında olacam.

- Məyus görünürsən. Bu, məğlubiyyətə görədi, yoxsa, son oyunun verdiyi kədərdi?

- Əsas məyusluğum bugünkü məğlubiyyətə görədi.

- Sakit oldu gedişin. Hər halda 16 il millidə oynamış futbolçunun gedişi bir az fərqli ola bilərdi...

- Mən heç vaxt məğlubiyyətlə barışmamışam. Bu gün də həmçinin. Ona görə kefsizəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail