Yunis Hüseynov: "Bilmirəm nədən başlayım"

25.11.2017 | 4272 dəfə oxunub

"Bilmirəm nədən başlayım. Bugünkü kimi zəif oyun görməmişəm. Demirəm üç futbolçu olsaydı, qalib gələcəkdik. Ancaq uşaqlara irad bildirdim. Birinci oyun idi. İstəməzdim belə nəticə göstərək. Lakin bu komandanı düzəldəcəm. Sadəcə zaman lazımdır”.

Stadium.Az xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Yunis Hüseynov Premyer Liqanın 13-cü turunda “Qəbələ”yə uduzduqları oyundan (1:6) sonar keçirilən mətbuat konfransında deyib.

- Komandanın düzəlməsi üçün sizə nə lazımdır?

- Bu sualların cavabını sonraya saxlayaq. Komandanın vəziyyətini dərk edib gəlmişəm. Buna görə də, oturmaq yox, işləmək lazımdır. Qışdan sonra komandanı düzəldəcəyik, yeni transferlər etməyi düşünürük.

- Erkən qola görə ruh düşkünlüyü yarandı?

- Öz oynadığım dövrə gedirəm. Yeni məşqçi gələndə futbolçular həddən artıq istəkli olur. Uşaqlara başa salırdım ki, məni qırağa qoymaq lazımdır. Çünki istək sizi “yandıra” bilər. Lövhədə göstərirdim ki, bu epizodlarda diqqətli olun. Elə bil hiss edirdim. Erkən qoldan sonra da ruh düşkünlüyü oldu. İstədilər qələbə qazansınlar, amma erkən qol öz sözünü dedi. “Qəbələ”nin hücumçuları fərdi şəkildə çox güclüdülər. Üstəlik, öz səhvlərimizin qurbanı olduq. Uşaq səhvlərimiz oldu. Bu səhvləri bəlkə də, heç vaxt etməyiblər. Bu gün çox istəməkdən “yandılar”.

- Bu heyətlı uğur qazanmağın çətin olacağı gözlənilir. Dəyişiklik etməyi düşünürsünüzmü?

- Ayağımızı yorğanımıza görə uzadacağıq. Biz axtarışda olacağıq. Bir neçə legioner futbolçu almağı fikirləşirik.

- Son dəqiqələrdə əvəzetmə olmadı. Gərək görmədiniz ya necə?

- Yox, sadəcə vaxt qalmadı. Mən də gərək görmədim.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail