Tərlan Əhmədov: "Bunu etdim ki, digər futbolçulara da dərs olsun" - MÜSAHİBƏ

25.11.2017 | 4195 dəfə oxunub

“Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın XIII turu çərçivəsində “Keşlə”yə 3:1 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Əsas qələbə idi ki, onu bacardıq. Hücum etməyə, müdafiədə az səhv buraxmağa çalışdıq. Komandanın əzmkarlığı, motivasiyası yüksək idi. İki gündən sonra kubok matçına çıxacağıq. Futbolçulara təşəkkür düşür. Yenə sürət, istək var idi. Amma oyundan tam razı qalmadım.

- İqnasio Herreranın əvəzlənməsi zamanı pis əsəbləşdiniz və onun etdiyi hərəkətdən sonra dərhal Namiq Ələsgərovu yanınıza çağırdınız...

- Həmişə demişəm ki, rəqibə hörmətlə yanaşmaq lazımdı. Elə hərəkətləri komanda yoldaşlarının əziyyətini yerə vurmaqla nəticələnə bilər. Bunu etdim ki, digər futbolçulara da dərs olsun.

- Oyun bitən kimi rəqib komandanın texniki zonasına getmək istəsəniz, Ramiz Məmmədov dərhal paltardəyişmə otağına yollandı...

- Onunla qardaş kimiyik. Aramızda heç bir problem yoxdu. Ola bilər ki, əsəbi idi və bu səbəbdən dərhal paltardəyişmə otağına yollandı. 

- İlkin Qırtımovun “Neftçi” ilə anlaşdığı haqda xəbərlər yayılıb...

- Açığı, hələ heç kimlə müqavilə bağlamamışıq və danışıq aparmırıq. Qarşıda oyunlarımız var. Hansısa kluba ziyan vurmaq istəmirəm. İstədiyim və “Neftçi”yə gəlmək istəyən futbolçular var.

- Bu gün yenə qol epizodlarından lazımınca faydalanmadınız. Bunu nə ilə izah edərdiniz?

- “Neftçi”yə yeni gələndə fikrimizi əsas hücum xəttinə yönəltdik. İlk oyundan başlayaraq, demək olar ki, bütün matçlarda qol vurmuşuq. Amma futbolda yaradılan bütün qol epizodlarından yararlanmaq da olmur. Gələcək üçün planlarımız var. Çempionat bitəndən sonra komandaya yeni nəfəs gətirmək haqda düşünəcəyik. Məni indiki durumda müdafiə xətti daha çox qayğılandırır.

- Mirabdulla Abbasova bu gün şans versəniz də, sanki ona vacib matçlarda güvənmirsiz...

- Biz və siz oyunlara başqa prizmadan baxırıq. Mirabdulla Azərbaycanda, bəlkə də, ən perspektivli hücumçudu. Bunu özünə də deyirəm. Amma mənfi cəhətləri həddindən artıqdı. Tənbəldi, üzərində işləmir. Bir məşqlə kifayətlənən oyunçudu. Çox yükləyə də bilmirəm, çünki sonra problemlər çıxır. Qış fasiləsində hər biri üçün proqram tərtib edəcəm. Mirabdullanın meydanda faydalı iş əmsalı aşağıdı, tez yorulur. Buna görə də, bu gün dəyişdim. Həm də Barqas daha texnikalıdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail