Qurban Qurbanov: "Bu hallar təkcə bizdə yaşanmır"

01.12.2017 | 4391 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XIV turunda evdə “Neftçi”ni 1:0 hesabıyla məğlub edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Baş verən son hadisələrə millinin baş məşqçisi kimi münasibətiniz necədi?

- Kənardan asan gələ bilər. Hansısa klubun işinə qarışmaq düzgün çıxmaz. Buna vaxt lazımdı. Ola bilər ki, hamımız çılğın reaksiya verə bilərik. Mənim açıqlama verməyim düzgün olmaz. Bizim futbolda belə şeylər yaxşı hal deyil. Bundan əvvəl də həmişə UEFA-dan xəbərdalıq gəlirdi. Belə bir şey varsa, mütləq yığışdırılmalıdı. Ancaq indiki halda həm o futbolçular, həm də “Neftçi” və “Keşlə” haqda fikir bildirmək düzgün olmazdı. Xaricdə bu, bizə antipatiya yarada bilər.

- Düşünmürsünüz ki, bu kimi hallar “Qarabağ”ın Çempionlar Liqasındakı uğuruna kölgə salır?

- Bu hallar təkcə bizdə yaşanmır. İnsanın zəif yerləri var, bəzən özünü saxlaya bilmir.

- Ansi Aqollinin durumu nə yerdədi?

- O, “Roma” ilə oyunda çıxış edə bilməyəcək. Ümumiyyətlə, Aqolli üçün il başa çatıb. Çox güman ki, müdafiənin mərkəzində Elvin Yunuszadə oynayacaq.

- Son 20-25 dəqiqədə nəzarəti əldən verdiniz. Bu, xüsusi tapşırıq idi?

- Düz qeyd etdiniz. Bir az çətinlik oldu. Məğlub durumda olan hər komanda hücuma atılır. Bu üzdən də Coşqunu meydana buraxdım.

- Mahir Mədətovun xarici klubların diqqətində olması barədə nə deyə bilərsiniz?

- Bu barədə onun atasından soruşun. Məndə belə bir məlumat yoxdu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail