Rəşad Sadiqov: "Onun niyə belə etdiyini bilmirəm" - MÜSAHİBƏ

02.12.2017 | 5154 dəfə oxunub

“Neftçi”nin yarımmüdafiəçisi Rəşad Sadiqov Azərbaycan Premyer Liqasının XIV turunda “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Son illərin çempionuna qarşı oynayırdıq. “Qarabağ”ın gücünə bələd idik. Oyuna yaxşı hazırlaşmışdıq. Sadəcə, ilk hissəyə pis başladıq. Futbolçularımızda qorxu var idi, “Qarabağ”ın adından çəkindilər. Qol buraxandan sonra, əsasən də 2-ci hissədə komanda toparlandı. Yaxşı futbol sərgiləsək də, məğlub olduq.

- Bu məğlubiyyət “Neftçi”yə nə dərəcədə təsir göstərəcək?

- 3 xal da götürə bilərdik, 1 xal da. Bizim üçün hazırda hər xal qızıla bərabərdir. Avroliqaya düşmək uğrunda mübarizə aparırırıqsa, hər bir komandadan xal almağa borcluyuq.

- Özün də dedin ki, futbolçular “Qarabağ”ın adından çəkindilər. Ümumiyyətlə, bu xofu atmaq üçün nə etmək lazımdır?

 Bəzi futbolçularda bu gendən gəlir. Nə qədər desən də, xeyiri yoxdur. Özlərindən asılı deyil. Oynadıqca bunu üzərlərindən atacaqlar.

- Bu gün Nizami Hacıyevlə Mirhüseyn Seyidovun məlum qalmaqalında “Neftçi”nin də adı hallanır. Sən özün “Keşlə” ilə oyunda nə isə hiss etmisənmi?

- Açığı, elə bir şey edəcəklərinə inanmıram. Klub 4-5 oyun udan kimi söz-söhbətlər ortaya atılır. O vaxt “Neftçi” Avroliqanın qrupuna düşəndə də bu cür hallar baş vermişdi. “Qarabağ” yaxşı oynayanda başqa söhbətlər çıxardırlar. Yenə “Neftçi”dən danışmağa başlayıblar. Əgər əllərində sübut varsa, lazım olanı edəcəklər.

- Səncə, 2 yarımmüdafiəçinin oyunu satması nə dərəcədə realdır?

- İnanmıram. Çünki komandanın əsas aparıcı qüvvəsi yarımmüdafiə və müdafiə xəttidir. Komanda şəklində və ya tək-tək belə bir şey etmələri inandırıcı gəlmir.

- Amma Mirhüseyn Seyidov özü hər şeyi etiraf edib...

- Onun niyə belə etdiyini bilmirəm. Bunu özündən soruşmaq lazımdır. Ola bilər, söhbət edib, kimsə özündən uydurub. Açıq danışaq, hər iki tərəfi dinləmək lazımdır. Ola bilər, rəhbərlik nəsə deyər. Aralarında gərginlik ola bilər. Burada söhbət təkcə “Keşlə”dən getmir. İstənilən komandada rəhbərliklə futbolçular arasında fikir ayrılığı ola bilər. Hər iki tərəfi dinləyib, həqiqəti üzə çıxarmaq lazımdır. Belə şeylərə həssas yanaşmaq lazımdır.

- Günahları sübuta yetirilsə, onlar haqda verilən qərarı ədalətli saymaq olar?

- Günahları varsa, qərar ağır deyil. Həmişə demişəm, oyun satan futbolçu varsa, birmənalı olaraq, kənarlaşdırmalısan. Çünki komandada 20-dən çox futbolçu olur. 1-2 nəfər onların əziyyətini heç edəcəksə, kənarlaşdırılmalıdırlar. Bunlar həqiqətdirsə, AFFA düz edir. Mən də bu cür şeylərin əleyhinəyəm.

- Az öncə qeyd etdin ki, “Neftçi” ardıcıl qələbələr qazandıqca bu cür söz-söhbətlər ortaya atılır. Demək istəyirsən ki, bu məsələdə “Neftçi”nin adının hallanması kluba qarşı növbəti təxribatdır?

- Gəlin belə danışaq. Onları birinci dövrədə də 2:0 hesabı ilə məğlub etmişdik. Orada nəsə olmuşdu? Açıq futbol getdi, üstün olduq, məğlub etdik. Ötən mövsüm də “Neftçi” “İnter”i məğlub edib. Onda belə çıxır ki, bizimlə hər oyunda bilərəkdən uduzurlar? Bu cür büdcə ilə komandanı qura bilməzsən. Ona görə də məğlubiyyətlər qaçılmazdır.

- Bununla bağlı həmin futbolçularla söhbət edəcəksən?

- Hələ danışmamışıq. Mütləq söhbət edəcəm. Əvvəlcə araşdırmaq lazımdır. Sonra lazım gələrsə, dəstəyimizi verəcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail