Qurban Qurbanov: "Bu, son böyük oyundur"

04.12.2017 | 4877 dəfə oxunub

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov  Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Roma" ilə oyun öncəsi keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

Son oyunu keçirəcəyik. Nəticədən razı qala bilmərik. Amma böyük faydası oldu, təcrübə topladıq. Ola bilsin, "Roma"nın şansı bu oyundan asılı olsun. Amma futbolçularım özlərini göstərmək üçün bu, böyük imkan olacaq.
 
- Hansı baş məşqçi sizdə xoş təsir bağışladı, Konte yoxsa Di Françesko?

- Hər ikisi barədə xoş söz deyə bilərəm. Amma hərəsi öz oyun üslubu var. Onları bir-birindən ayırmazdım. "Çelsi"nin qapısından 2 oyuna 6 qol keçirmək asan deyil. Ona görə də bizi necə rəqibin gözlədiyini bilirik.
 
- "Qarabağ" sabah meydana nə üçün çıxacaq?

- Bu, son böyük oyundur. Hər bir matç bizə böyük təcrübə, inam verir. Sabah daha yaxşı oyun göstərəcəklər. Təzyiq altda yox, rahat oynamağa çalışacağıq.
 
- Amma böyük oyuna ciddi itkilərlə çıxacaqsınız...

 
- Belə bir görüşdə 3 əsas müdafiəçimizin olmaması böyük problemdir. Amma çempionat ərzində rotasiya etmişik. Pedro Enrike də oynamayacaq. Amma ən yaxşı oyununu sərgiləyəcəklərinə inanıram.
 
- Sizcə, bundan çox xal toplamaq olardı?

 
- Real baxmalıyıq. Qrupa düşəndə hamının fikri ola bilər ki, 0 xalımız olsun idi. Amma "Atletiko"dan 2 xal götürdük. Qazancımız belə ölkələrin Bakıya gəlməsi idi. Uduşlarımız çoxdur. Həm "Qarabağ", həm də Azərbaycan futbolu böyük təcrübə qazandı. Razıyam. Amma bəzi problemlər olmasaydı, daha böyük nəticələr göstərə bilərdik.
 
- "Roma" ilə oyunda şanssız məğlubiyyət aldınız. Bakıdakı matçdan sonra komandada nələr dəyişdi?
 
- Əlbəttə, rəqibin gücünü daha yaxından tanıdıq. İlk 20 dəqiqəni çıxsaq, yaxşı oynadıq. Komandada özünəinam yarandı. Futbolçularda özünəinamın çoxalması və meydanda ortaya qoymaları çox vacibdir. İlk oyunla müqayisədə bu gün futbolçularım özlərini daha inamlı hiss edirlər.

- Millidə vəzifənizin icrasına başlamısınız. Yoxlama oyunları üçün rəqiblərinizi və köməkçilərinizi müəyyənləşdirmisiniz?
 
- Milli barədə çox məlumat vermək istəmirəm. Yanvarda ilk oyunumuz olacaq. Rəqib axtarırıq. Bu yaxınlarda açıqlama veriləcək. Az da olsa, hazırda vaxt ayırıram.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail