"Qarabağ"la adlarımız eyni olduğundan, onları qardaşlarımız kimi görürük" - MÜSAHİBƏ

05.02.2018 | 4817 dəfə oxunub

Avstriyanın 3-cü liqasında mübarizə aparan “Qarabağ Vyana” klubunun transfer məsələləri və aşağı yaş qrupları üzrə komandaların məsul şəxslərindən olan Murat Saffin müsahibəsini təqdim edirik: 

- “Qarabağ Vyana” necə yarandı?

- Bu komandanın əsası 2008-ci ildə qoyulub. Klubun prezidenti Orxan Vəliyev, baş meneceri Ramin Şükürov, maliyyə meneceri isə Sənan Əhmədzadədir. Yarandığı ildən bu yana hər mövsüm çempion olaraq, növbəti diviziona yüksələn “Qarabağ Vyana” hazırda 3-cü liqada mübarizə aparır.

- Əsas hədəfləriniz nədən ibarətdir?

- Klubu gücümüz çatan qədər daha yuxarılara qaldırmaq istəyirik. Aşağı yaş qruplarımız 3 ildir fəaliyyət göstərir. Bu mövsüm üçün əsas hədəfimiz 2-ci liqaya çıxmaqdır. Daha sonra orada möhkəmlənib, Premyer Liqaya yüksəlmək niyyətindəyik.

- Komandanın adını niyə məhz “Qarabağ” qoymusunuz? Bunun tarixçəsini açıqlaya bilərsiniz?

- Yaxşısı budur, siz bunu klub prezidentindən soruşun.

- Ümumiyyətlə, klubun adının “Qarabağ” olması siyasi məna da daşıyır?

- Yox, bizim siyasi olaraq heç nə ilə bir bağlılığımız yoxdur. Bunu əslində klub prezidentindən soruşsanız, o, sizə daha yaxşı izah edər. Əsas məqsədimiz uğur qazanmaq, istedadlı gəncləri futbola qazandırmaqdır.

- Avstriyada “Qarabağ” adlı futbol klubu yaratmaq ideyası ortaya çıxanda bu məsələ ölkədə necə qarşılandı?

- Heç bir etiraz olmadı. Ümumiyyətlə, Avstriyada “Qalatasaray Vyana”, “Beşiktaş Vyana”, “Trabzonspor Vyana” kimi komandalar var. Ona görə də qarşımıza heç bir əngəl çıxmadı.

- Bu komanda həm də Vyananı təmsil edir. “Qarabağ Vyana” paytaxtda nə dərəcədə tanınır?

- 3-cü liqaya çıxdıqdan sonra Vyanada bizi daha yaxşı tanıyırlar. Bundan sonra 2-ci liqaya vəsiqə qazanıb, adımızdan daha çox söz etdirmək istəyirik.

- “Austriya”, “Rapid” daha məşhur klublardır. Maddi imkanlarınız həmin klubların səviyyəsinə çatmağa imkan verirmi?

- Bizə həm klub prezidenti pul ayırır, həm də sponsorluq müqavilələrindən gəlir götürürük. Düşünürəm ki, gələcəkdə “Rapid”, “Austriya” kimi klubların səviyyəsinə çata bilərik.

- “Qarabağ Vyana” ilə Azərbaycanın birinci divizionunda çıxış edən “Xəzər” klubunun sponsorlarının eyni olduğu söylənilir...

- Bunu mən tam olaraq bilmirəm. Prezidentlər bir-birilərini tanıyırlar.

- Azərbaycanda da bir “Qarabağ” klubu var...

- Onlarla bir bağlılığımız yoxdur. Amma adlarımız eyni olduğundan, onları qardaşlarımız kimi görürük. Uğurlarını izləyirik və çox sevinirik.

- Komandanızda 2 azərbaycanlı futbolçu – Elvin Bədəlov və Dmitri Nağıyev çıxış edir. Gələcəkdə onların sayı arta bilərmi? Marqlandığınız başqa azərbaycanlı oyunçular var?

- Əlbəttə, maraqlandığımız futbolçular var. Gələcəkdə də bizdə azərbaycanlı uşaqlar oynayacaqlar. Yaxşı oyunçudursa, baş məşqçimiz də bəyənərsə, niyə də olmasın? Hazırda heyətimizdə 2 rus, 2 azərbaycanlı, 1 hollandiyalı futbolçu var. Onlardan başqa, komandada türk və avstriya əsilli oyunçular da çıxış edir.

- Bədəlovla Nağıyevin çıxışından razısınızmı?

- Bizim üçün ən önəmli şey onların  xarakterli insan olmalarıdır. Bundan sonra futbol bilgilərinə fikir veririk. Hələlik komandamızda 2 azərbaycanlı futbolçu var. Ümid edirəm ki, 3, 4, 5 nəfər olarlar.

- Qış fasiləsində Nemanya Stoyanoviç “Qarabağ Vyana”dan “Keşlə”yə transfer oldu. Bu barədə nə bilirsiniz?

- Hələlik Vyanada yaşamaq üçün icazəsi olmadığından, onu “Keşlə”yə baxışa göndərdik. 10 gündən sonra qarşı tərəfdən müsbət cavab aldıq. Baş məşqçinin Stoyanoviçin oyununu bəyəndiyi və komandada saxlamaq istədiyini bildirdilər. Biz də onu “Keşlə”yə icarəyə verdik. Amma yayda komandaya qayıdacaq. Gələcəkdə də Azərbaycan klubları ilə oyunçu mübadiləsi edib, bir-birimizə dəstək olmaq istəyirik. (Qol.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail