Enrike: "Mən dedim penalti var, o dedi ki, yoxdu"

10.02.2018 | 1146 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XV turunda keçirilən “Qarabağ” – “Qəbələ” matçından sonra Ağdam təmsilçisinin yarımmüdafiəçisi Pedro Enrike jurnalistlərin suallarını cavablandırıb:

- Oyun gözlədiyiniz kimi keçdi?

- Maraqlı, yaxşı oyun alındı. Derbi qarşılaşması idi. Yaxşı oynadıq, daha artığına layiq idik. Ancaq yaxşı oynamaqla deyil. Əsas topu tora daxil etmək idi. Bunu edə bilmədik.

- Dino Ndlovunun yoxluğu hiss olundumu?

- Dino yaxşı, böyük futbolçudu. Ancaq bizim komandada Mahir Mədətov kimi gənc hücumçu da var. Mahir inkişafda etməkdə olan futbolçudu və elə qarşılaşmalar olub ki, duelin taleyini o, həll edib. Dino da bəzən nəyisə edə bilmirdi. Hər ikisi yaxşı oyunçudu.

- Rəqib müdafiəçi Vojislav Stankoviçlə aranızda gərginlik yaşandı. Nə baş vermişdi?

- Oyunda baş verən hadisələr meydanda qalır. Mən dedim penalti var, o dedi ki, yoxdu. Yəni oyun zamanı bu, normal haldı.

- Birinci hissədə qol vursanız da, hakim hesaba almadı. Həmin epizodda cərimə var idi?

- Qol vurduğum epizoda gəldikdə, toxunuş var idi. Rəqibi yüngül də olsa, itələmişdim. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

16.12.2018

13:49  "Qəbələ" - "Sabah" -HEYƏTLƏR

10:38  "Yuventus"un qələbəsi VİDEO

15.12.2018

18:47  "Neftçi" - "Sumqayıt" -HEYƏTLƏR

16:22  "Zirə" - "Səbail" - HEYƏTLƏR

14.12.2018

02:54  "Qorxaqlar belə hərəkət edirlər" - Qurban Qurbanov

02:00  "Qarabağ" "Arsenal"a məğlub oldu - YENİLƏNİB

13.12.2018

22:58  "Arsenal" - "Qarabağ" -HEYƏTLƏR

13:19  "Real"ın məğlubiyyəti VİDEO

13:16  "Ayaks" - "Bavariya" VİDEO

12.12.2018

   
  O Q H M T-f X
1. Neftçi 10 8 1 1 20-7 25  
2. Qarabağ 10 6 2 2 17-11 20  
3. Səbail 10 5 2 3 12-11 17  
4. Sabah 10 5 1 4 9-11 16  
5. Qəbələ 10 3 3 4 14-14 12  
6. Sumqayıt 10 3 2 5 10-13 11  
7. Keşlə 10 1 3 6 8-14 6  
8. Zirə 10 1 2 7 7-16 5  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi