Samir Əliyev: "Klub rəhbərliyi də bilir ki, birdən-birə heç nə olmur"

02.04.2018 | 4516 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 21-ci turunda səfərdə “Neftçi”yə uduzan (0:2) “Səbail”in baş məşqçisi Samir Əliyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Çalışırdıq ki, “Neftçi”ni 3-cü zonada sıxaq. Bəzən alındı, bəzən yox. Komandamın oyunundan razı qaldım. Matçdan sonra futbolçulara təşəkkür etdim. Hələlik, ustalıq səviyyəmiz buna imkan verir.

- İlk və ikinci hissənin əvvəllərində komanda zəif təsir bağışlayırdı...
- Buna hazır idik. Bizə lazım idi ki, ilk 15-20 dəqiqədə bu təzyiqə dözək. Ola bilsin, bu, komandanın həyəcanı ilə bağlıdı. Normaldı. Məğlub olmağımıza baxmayaraq, komandadan narazı qalmadım. 0:1-də qol fürsətlərimiz də var idi.

- “Neftçi” ilə çempionatdakı ilk oyununuzda qalib gəlmişdiz. Son iki matçda isə bu komandadan 6 qol buraxdız. Bu müddətdə dəyişən nə olub? 
- İkinci turda 1:0 hesabıyla qalib gəlmişdik. Lakin 0:4 hesabıyla məğlub olduğumuz oyunda bərbad oynamışdıq. “Neftçi” də həmin komanda deyil. Bu komanda son vaxtlada yüksəlişdədi.

- Ayron Statinin protokolda adı yox idi.
- O, yığmadan yeni qayıdıb, yorğun idi. Ola bilsin, növbəti oyunda şans qazansın.

- Çempionatda hansı komandanın oyununa baxıb, təsəlli tapırsız ki biz bunlardan daha yaxşıyıq?
- Heç bir komandaya. Öz oyunumuza baxır, oyunumuzu təkmilləşdirməyə çalışırıq. Klub rəhbərliyi də bilir ki, birdən-birə heç nə olmur. Pillə-pillə irəliləməyə çalışacağıq.

- Komanda növbəti mövsümdə avrokubokları hədəfləyəcək?
- Növbəti mövsümdə rəhbərlik qarşımıza hansı hədəfi qoyacaq, bilmirəm. Lakin növbəti mövsüm üçün komandanı formalaşdırmağa başlayacağıq. Bu mövsüm əsas məqsəd qapazaltı olmamaq idi. Bunu da bacardıq.

- Komandanın buraxdığı ikinci qol barədə nə deyə bilərsiz?
- Buna qapıçılarla işləyən məşqçilər qərar verəcək. Komanda qol buraxıbsa, bunda hamı günahkardı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail