Samir Əliyev: "Bu mövsüm isə əsas məqsədimiz komandanı formalaşdırmaqdı"

08.04.2018 | 5017 dəfə oxunub

“Səbail”in baş məşqçisi Samir Əliyev Azərbaycan Premyer Liqasının XXII turunda “Qarabağ”a 1:0 hesabıyla uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavabıandırıb:

Pis oynamadıq. Uşaqlardan narazılığım yoxdu. Uşaqlar bu gün nələri var idi meydanda qoydular. Penaltiyə kimi rəqibə şans vermədik. Ancaq təəssüf ki, qol buraxdıqdan sonra qol fürsəti yarada bilmədik. Ümid edirəm ki, qarşıdakı turlarda xal ehtiyatımızı artıra biləcəyik.

- Sizcə, hesabın kiçik olması “Qarabağ”la bağlı idi, yoxsa “Səbail”in müqaviməti ilə?

- Məncə, bizim müqavimətimiz həlledici oldu.

- Növbəti mövsümdə heyətlə bağlı dəyişikliklər olacaq?

- Rəhbərliklə bu barədə görüşümüz olub. Tam açıqlamaq istəmirəm. Ancaq onu deyə bilərəm ki, daha yaxşı “Səbail” görəcəksiz. Demirəm, yüksək yerlər uğrunda mübarizə aparacağıq. Ancaq daha yaxşı yerlər uğrunda mübarizə aparacaq, daha yaxşı kollektiv formalaşdıracağıq. Bu mövsüm isə əsas məqsədimiz komandanı formalaşdırmaqdı.

- Koçuk və Vaxidin bu gün oynamamasının səbəbi nə idi?  

- Koçukun zədəsi var idi. Bu gün buna görə çıxış etmədi. Vaxidin oynamasına səbəb isə komandanın hücum xəttində olan rəqabətdi. Bu gün digər hücumçulara şans vermək istədim.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail