Mirabdulla Abbasov: "Təəssüf ki, görüş heç-heçə nəticələndi" - MÜSAHİBƏ

09.04.2018 | 5052 dəfə oxunub

“Neftçi”nin hücumçusu Mirabdulla Abbasov Azərbaycan Premyer Liqasının XXII turunda “Sumqayıt”la (2:2) qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb: 

- İlk olaraq oyun haqda fikirlərinizi bildirərdiniz...

- Təəssüf ki, görüş heç-heçə nəticələndi. Qələbə də qazana bilərdik, uduza da. Hər iki komandanın qol vəziyyətləri oldu. Fikrimcə, ədalətli nəticə oldu.

- Bu xal itkisi ölkə kubokunun yarımfinal mərhələsində “Qəbələ” ilə qarşılaşmada sizə mənfi təsir etməyəcək?

- Düşünmürəm. Bundan da yaxşı hazırlaşıb, meydanda əlimizdən gələni edəcəyik. İnşallah, finala yüksələrik.

- İkinci hissəni daha yaxşı keçirdiniz. Baş məşqçiniz fasilədə hansı tapşırıqları verdi?

- İlk yarıda da istəkli idik. Amma ikinci hissədə oyunumuz daha yaxşı alındı. Nəticədə ikinci qolu vurub önə keçdik. Qol vəziyyətləri yaratsaq da, istifadə edə bilmədik.

- Tərlan Əhmədov əvvəllər sizdən narazılıq edirdi. Amma son vaxtlar müntəzəm əsas heyətdə yer alır, qollar vurursunuz. Bunu nə ilə əlaqələndirərdiniz?

- Hər bir futbolçu şans qazandıqca, oynadıqca “artırır”. Çox şadam ki, oynayıram, qollarımı vururam.

- Doğma meydanda qazanılan 1 xal sizə sərf edir?

- Meydana qələbə üçün çıxmışdıq. Bu, çox vacib idi. Çünki qalib gəlsəydik, 3-cü pillədəki komanda ilə aramızda 2 xallıq fərq qalacaqdı.

- Kubokda “Qəbələ” və ardından çempionatda “Zirə” ilə qarşılaşacaqsınız. Psixoloji cəhətdən hazırsınızmı?

- Psixoloji vəziyyət öz yerindədi. Həm çempionatda yolumuza davam etməyə, həm də kubokda finala adlamağa çalışacağıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail