"O ki qaldı mübahisəyə, bu, komanda daxilində olan bir şeydi"

28.04.2018 | 3084 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XXV turunda evdə “Neftçi”yə qalib gələn (2:1) “Keşlə”nin baş məşqçisi Yuri Maksimov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

- Uşaqlara təşəkkür edirəm. Vaqif Cavadovun oğlu dünyaya gəlib. Uşaqlar bu qələbəni ona həsr etdilər. Onlara deyirəm ki, formanın arxasında sizin adınız var. Siz öz adınız üçün, ailəniz üçün oynamalısız. Buna görə onlar meydanda sona kimi mübarizə aparırlar. Qələbəyə görə onlara təşəkkür edirəm.

- Fasilədə Kamran Ağayevi əvəzləməyinizə səbəb nə idi?

- Onun ayağı burxulmuşdu. Buna görə, əvəzlənməyini istədi.

- İlk hissənin sonunda Kamran Slavik Alxasova söyüş söydü. Daha sonra ehtiyat oyunçular skamyasında əyləşmiş oyunçulardan kimləsə də mübahisə etdi. Əvəzləməyə səbəb bu deyil ki?

- Onu zədəsinə görə əvəzlədim. O ki qaldı mübahisəyə, bu, komanda daxilində olan bir şeydi. Ehtiyat oyunçular skamyasında olmamasının səbəbi onun həkimlə getməsi idi.

- Növbəti turda “Qəbələ” ilə qarşılaşacaqsız. Kubokun finalında da bu komanda ilə üz-üzə gələcəksiz...

- Biz sürpriz edə bilməyəcəyik. Çünki komandada zədəli oyunçularımız var. Heyətimiz kasaddı. Futbolçularıma da deyirəm ki, çıxın öz adınız üçün oynayın.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail