Ruslan Abışov: "Rəqib zəif idi"

30.05.2018 | 3708 dəfə oxunub

Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışov Qırğızıstanla yoldaşlıq görüşündən sonra jurnalistlərin suallarını cavablandırıb:

- Qurban Qurbanovun rəhbərliyi altında 4-cü oyunda komanda ilk qələbəsini qazandı. Əvvəlki matçlarla müqayisədə bu oyunu necə dəyərləndirirsiniz?

- Komandanın yaxşı çıxış etdiyi oyundan-oyuna hiss olunur. Tamam başqa sxemdə oynayırıq. Baş məşqçi bizdən başqa şeylər istəyir. Çalışırıq ki, onun istəklərini meydanda yerinə yetirək. Qırğızıstan yığması zəif deyil. Futbol oynamağa çalışırdılar. Nəsə göstərirdilər. Əsas olan isə qələbə idi. Belə böyükhesablı qələbələr milliyə lazımdı. Həm də özünəinamı artırır. Qarşıdakı oyunlara da ciddi hazırlaşmalıyıq. Yoxlama oyunlarından sonra Millətlər Liqasında çıxış edəcəyik. Son 3 görüşdə komanda olaraq bir nöqtəyə köklənməliyik ki, vacib matçlarda səhvlərimiz olmasın.

- Yığmamızın bundan əvvəlki rəqibləri daha güclü idi. Hətta məğlub olduğu qarşılaşmada belə, yaxşı çıxış edib. Ancaq bu gün birinci hissəni zəif keçirdiniz. Bu, rəqibin zəif olması ilə bağlı idi?

- Rəqibin güclü və ya zəif olması istər-istəməz motivasiya cəhətdən problemlər yaradır. Güclü rəqibə qarşı daha yaxşı hazırlaşırsan. Qırğızıstan kimi komandalara qarşı güclü hazırlaşmaq lazımdı. Hesabın belə olması bir az arxayınlıq yaradırdı.

- Hesab arasındakı fərqin böyük olması rəqiblə bağlıdı, yoxsa yığmanın oyun planı inkişaf edib?

- Futbolçular baş məşqçinin dediklərini etməyə çalışırdılar. Düşünürəm ki, qol epizodlarımız yaxşı idi. Ürfanın vurduğu qolda da yaxşı epizod alındı. Rəqib zəif idi. Amma əsas odu ki, biz öz səhvlərimizdən nəticə çıxarmağı bacaraq. Zəif və güclü tərəflərimizi bilməliyik.

- Atıq 4-cü oyundu ki, Maksimlə birgə mərkəzdə oynayırsınız. Bədavi Hüseynov da zədəsini sağaldıb sıraya dönəcək. Qurban Qurbanov onu sizinlə birlikdə oynatsa, yığma Millətlər Liqasında problemlə üzləşə bilərmi?

- Sevinirəm ki, Bədavi artıq sağalıb, milli komandanın düşərgəsindədi. Mənim üçün heç bir fərqi yoxdu. Əsas odu ki, milli üçün uğurlu çıxış edək və müdafiə xətti uğurlu təsir bağışlasın.

- Mövsümün sonu olduğundan, futbolçuların klublarla müqaviləsi başa çatır. Qurban Qurbanov oyunçulara klublarla danışıqlar aparmağa icazə verirmi?

- Hazırda hamı millinin təlim-məşq toplanışındadı. Fikirlərimizi bura yönəltmişik. Toplanış bitəndən sonra hər kəs danışıqlar aparacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail