Qurban Qurbanov: "Biz buna da hazır olmalıyıq" - MÜSAHİBƏ

31.07.2018 | 4499 dəfə oxunub

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçı çərçivəsində sabah “Kukesi”ylə oyun öncəsi keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Sabah çox vacib oyuna çıxacağıq. Səfərdə qolsuz bərabərlik olsa da, evdə qol buraxmamaq meydan sahibi üçün pis nəticə deyil. Belə turnirlərdə buraxılan hər qol oyunun nəticəsini həll edə bilər. Həddən artıq ehtiyatlı oynamalıyıq. Sabah bəzən səbrli olmaq, bəzən tələsmək lazım olacaq. Bunu da oyunun gedişində hiss etməli və hər epizodda düzgün qərar verməyə çalışmalıyıq. Futbolçuların hamısı hazırdı. Rəqibin də açıqlamalarından görünür ki, çox iddialıdılar. Sabah sərfəli nəticə əldə etməyə çalışacağıq.

- “Kukesi” barədə istədiyiniz bütün məlumatı əldə edə bilmisiz?

- Bəli, artıq rəqibi tam yaxından tanıyırıq. İlk matçda fərqli üslubda oynadılar. Sabah da ciddi bir dəyişiklik gözləmirəm. Bununla belə, ola biləcək dəyişikliklərə hazır olmalıyıq.

- Rəqibin oyunçuları sizi tərifləyir. Bu, aldadıcı manevr ola bilərmi?

- Əlbəttə, ola bilər. Amma bizim oyunçularımız təcrübəlidi. Oyuna necə hazırlaşmaq lazım olduğunu hər gün izah edirik. Rəqibin açıqlaması bizim oyunumuza yaxşı və ya pis təsir etməməlidi. Onların fikirləri bizə "siqnal" verir. Lazım olsa, bunu məşqçilərlə öz aramızda müzakirə etməliyik.

- Delarj və Emeqara sabah start heyətində yer ala bilərmi?

- Hər ikisi hazırda bizim istədiyimiz formada deyil, ancaq onlardan birinin start heyətində oynamaq ehtimalı var. Buna sabah qərar verəcəyik.

- İlk matçda rəqib “avtobus” qurmuşdu, amma uzaqdan zərbələr görmədik. Bu dəfə də belə olacaq?

- “Avtobus qurmaq” ifadəsi son vaxtlar dəb halını alıb. Ümumilikdə, rəqibə görə oyun qurulur. Komandalar artıq hər şeyi nəzərə alırlar. Sabah biz qol vurmağı düşünməliyik. Bu, uzaqdan zərbə ilə, küncdən zərbə və ya oyun epizodu nəticəsində ola bilər. Bunun üçün çox axtarışda olacağıq. Amma qol buraxmamaq barədə də düşünməliyik. Arxa xətdə səhvlərə yol verə bilərik. Ona görə də, müdafiəni düzgün qurmaq lazımdı.

- Qol vurmaq istəyiniz alınmır. 3 oyunda 1 qol vurmağınız sizi narahat etmir?

- Sizcə, etmir? Bunun üçün addımlar atırıq. Bu amil məni narahat edir. Ümumiyyətlə, belə turnirlərdə qol sayı az olur. Ancaq yenə də qol vurmaq haqda daha çox düşünürük.

- İlk oyun göstərdi ki, “Qarabağ” ustalıq baxımından üstündü. Yəqin ki, rəqib səfərdə də qapanacaq. Baş məşqçiləri penaltilər seriyasına hazırlıqdan danışır. Siz necə, 120 dəqiqəlik mübarizə istəmirsiz?

- Əlbəttə ki, 90 dəqiqədən sonra nəticənin lehimizə olmasını istərdim. Ola bilər ki, o, futbolçularını psixoloji cəhətdən bu formada hazırlayır. Biz buna da hazır olmalıyıq. Çünki sabah cütün taleyi həll olunmalıdı. Düşünürəm ki, istədiyimiz oyunu qurmaq üçün təccrübəmiz yetərli olacaq. 

- Abdullah Zubir sabahkı matça hazırdı?

- Komanda ilə birlikdə 3 məşqdə iştirak edib. Oynamaq ehtimalı var. Səhər məşqindən sonra qərarımızı verəcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail