Qara Qarayev: "BATE haqda heç nə bilmirik" - MÜSAHİBƏ

02.08.2018 | 4063 dəfə oxunub

"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Albaniyanın "Kukesi" klubunu 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb: 
 
- Azarkeşlərimizi təbrik edirəm. Layiqli qələbə qazandıq. Çox şadam ki, onları bu gün sevindirdik. Rəqib oyunun əvvəlindən sıx oynayırdı. Qolu zamanında vura bildik. İlk hissədə qol vura bilməsəydik, problem ola bilərdi. Rəqib daha yaxşı müdafiə olunacaqdə və motivasiyalı oynayacaqdı. İlk qolumuz onların oyun sistemini pozdu. Bu da bizim işimizə yaradı və rahat oynamağa başladıq. 3 penaltimiz oldu. Hamısı doğru qərarlar idi. Bunlardan ikisindən yararlana bildik. Birini isə vura bilmədik.
 
- Yeni transferlər komandaya uyğunlaşırlar?
- Yavaş-yavaş uyğunlaşırıq. Komandaya 1 həftədir ki, qoşulublar. Adaptasiya prosesini keçirlər. Müəyyən vaxtdan sonra uyğunlaşma daha yaxşı səviyyədə olacaq.
 
- 3-cü mərhələdə “Qarabağ” BATE ilə üzləşəcək. Həmin oyunlarla bağlı düşüncən necədir?
- ÇL-də zəif komanda olmur. Səfərdə qol vurmağı bacaran komandadır. BATE neçə illərdir ki, nüfuzunu qoruyur, avrokuboklarda mübarizə aparır. Bütün gücümüzü ortaya qoyacağıq. BATE haqda heç nə bilmirik. İndi bildik ki, rəqibimiz onlar olacaq.
 
- Rəqibə hörmətlə yanaşdığını desən də, bu matçda çox rahat qalib gəldiniz...
- Qırmızı vərəqə amili də var. Bizə də isti idi. Onlara da ikiqat çətin oldu. Bəzi futbolçuları əziyyət çəkirdi. Tofiq Bəhramov adıına Respublika stadionu rəqiblər üçün həmişə çətin olub. Azarkeş amilini də xüsusi vurğulamaq lazımdır. Burada oynamaq hər komanda üçün asan deyil. Bir çox komanda burada problem yaşayıb. Amma rəqibə hörmətlə yanaşırıq.
 
- BATE ilə oyunlar zamanı Premyer Liqanın startı ilə eyni vaxta təsadüf edəcək. Bu, sizin işi çətinləşdirməyəcək? Mövsümün ilk turunu avrokuboklara qurban vermək olar?
- Baş məşqçimiz proqram tərtib edəcək. Avrokuboklarda mübarizəni davam etdirməyimiz üçün çempionat oyunlarımız vacibdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail