"Qarabağ"la oyunun favoriti yoxdu"

24.08.2018 | 5168 dəfə oxunub

“Neftçi”nin müdafiəçisi Kirilo Petrov klubun rəsmi saytına müsahibə verib. Stadium.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 3-cü turunda keçiriləcək "Qarabağ” - "Neftçi” oyunu ilə də bağlı sualları cavablayan ukraynalı futbolçu şansların bərabər olduğunu bildirib:

- Kirilo, təsadüfi deyil ki, biz səninlə Ukrayna Müstəqillik Günündə söhbətləşirik. Bayramın mübarək!

- Çox sağ olun! Mən də öz növbəmdə sizi və bütün Azərbaycan xalqını Qurban bayramı münasibəti ilə təbrik edirəm.

- Bayram günləri olsa belə, komanda fasilə vermədən "Qarabağ”la oyuna hazırlaşır. Bu qarşılaşmadan nə gözləyirsən?

- Məncə, çox baxımlı və maraqlı oyun olacaq. Azarkeşlər razı qalacaq.

- İndiki "Qarabağ” keçən mövsümdəki "Qarabağ”dan çox fərqlidir?

- Bəzi futbolçular "Qarabağ”ı tərk etsə də, oyun üslubu dəyişməyib. Güclü məşqçiləri var, heyət də əladır. Dünən onların "Şerif”lə oyunlarına baxdım. Moldovalılar intizamlı oynayıb, qələbə qazandılar. Amma bu o demək deyil ki, bizə daha asan və ya daha çətin olacaq.

- Oyunun favoriti kimdir?

- Bu görüşün favoriti yoxdu. Hər iki komanda meydana 3 xal üçün çıxacaq. Şanslar da bərabərdir.

- Müdafiənin mərkəzində sən daha çox Ruslan Abışovla oynayırsan. Amma kapitan zədəli olduğu üçün "Qəbələ” ilə oyunda bu zonanı Anton Krivotsyukla bölürdün.

- Əvvəla, Ruslana tezliklə sağalıb, meydana qayltmağı arzulayıram. İkincisi, yaxşı ki, komandamızda Ruslanı əvəzləyə bilən futbolçular var. Düzdür, qiymətləndirmək biz futbolçuların yox, azarkeşlərin və mütəxəssislərin işidir, amma məncə, "Qəbələ” ilə oyunda Antonla öz vəzifələrimizi yaxşı yerinə yetirdik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail