Ayxan Abbasov: "Məğlubiyyət olanda çox bəhanələr tapılır"

26.08.2018 | 5160 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində “Sabah” “Zirə” ilə qarşılaşıb. Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Stadium.Az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında “Zirə”nin baş məşqçisi Ayxan Abbasov jurnaistlərin suallarını cavablandırıb. O, əvvəlcə oyun haqda fikrilərini bildirib:

- "Zirə”də olduğum vaxtda ən zəif komanda gördüm. Oyundan öncə bir qədər problemlərimiz oldu. Pərdis zədələndi. Ancaq yenə də rəqibin istəyi bizdən çox idi və buna görə də qalib gəldilər”.

- Müdafiədə xeyli boşluqlar var idi. Bu nə ilə bağlıdır?
- Bilirdik ki, “Sabah” oyunu əks hücumlardan quracaq. İlk dəqiqələrdən iki kobud səhv etdik. Tək müdafiəçiləri deməzdim. Komanda şəklində zəif oynadıq.

- Transfer etməyi düşünürsünüzmü?
- Tam komanda ilə məşq edə bilmirik. Elədiyimiz transferləri hələ yığa bilmirik. Zədələrimiz çox olur. Bu gündən sonra transfer etmək çətindi. Bəlkə istədiyimiz futbolçu çıxsa, ola bilər.

- “Qarabağ” sizin planlarınızı nə dərəcədə pozdu?
- Məğlubiyyət olanda çox bəhanələr tapılır. Əsas odur ki, bu gün meydanda oyun olmadı. Oynayıb uduzsaydıq, razılaşardım. Amma biz bu gün oynamadıq.

- Qarşıda fasilə var. Planlarınız varmı?
- Çempionatın əvvəlidir.  Demişdim ki, çox çətin olacaq. Komandalar bir-birinə yaxındı. Hər komandada istək var. Rahat kimisə məğlub edə bilmərik. Fasilədən istifadə etməliyik ki gün istirahtdən sonra bu oyunu da anaiz edəcəyik.

- İlk hissədə iki oyunçunuz əvəz etməyiniz nə ilə bağlıdır?
- Açığı daha tez dəyişmək istədim. Top meydanı tərk etmirdi deyə, əvəzetmə olmurdu. Hər iki əvəzetmə məcburidir. Həm də oyun elə gedirdi ki, üçüncü qolu buraxmamaq üçün bu addımı atdım. Deməzdim ki, heyət düzgün qurulmayıb. Futbolda belə şeylər olur. Hər bir komandanın başına gələ biləcək hadisədir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail