Dabo: "Neftçi”də çox xoşbəxtəm" - MÜSAHİBƏ

01.10.2018 | 5181 dəfə oxunub

“Neftçi”nin hücumçusu Baqali Dabo klubun rəsmi saytına müsahibə verib. Stadium.Az xəbər verir ki, "Səbail”lə oyunda dubla imza atmaqla bu mövsüm vurduğu qolların sayını 4-ə çatdıran fransalı futbolçu, geridə qalan oyun və komandadakı vəziyyəti haqqında fikirlərini bölüşüb:

- Bir oyunda iki qol. Bu mövsüm hələ ki, dubla imza atmamışdız...

- Bəli, çox şadam ki, iki qol vura bildim. Komanda yoldaşlarıma və azarkeşlərimizə minnətdarlığımı bildirirəm. İnanıram ki, bu qələbələrin və qolların davamı gələcək.

- Hesaba baxanda belə bir fikir formalaşa bilər ki, olduqca asan bir matç oldu...

- Deməzdim. Biz sadəcə, əlimizə düşən fürsətlərdən yaxşı yararlana bildik. Rəqibi düzgün qiymətləndirdik və qələbə qazandıq.

- 6 oyunda 4 qol sizin üçün yaxşı nəticədi?

- Təbii ki. Belə bir nəticə necə pis sayıla bilər?! Gələn oyunlarda bu göstəricini daha da yaxşılaşdırmağa çalışacam.

- Artıq "Neftçi”nin heyətində çempionatda 6 oyuna çıxmısan. Komandada özünü necə hiss edirsən?

- "Neftçi”də çox xoşbəxtəm. Komanda yoldaşlarımla, məşqçi heyətiylə, rəhbərliklə əla münasibətlərim var. Hamımız bir məqsəd uğrunda mübarizə aparırıq. Təbii ki, təbiətcə sakit olmağım bəzən kənardan xoşagəlməz fikirlərin yaranmasına səbəb olur. Ancaq gülümsəmirəmsə, o demək deyil ki, nədənsə narazıyam. Hazırda hər şey qaydasındadı. Komandamın qələbə qazanması üçün meydanda var gücümlə mübarizə aparıram.

- "Neftçi” azarkeşləri ilə münasibətlərin necədi?

- Azarkeşlərimizlə də çox yaxşı münasibətlərim var. Bizi stadiona gəlib dəstəkləyən hər kəsə təşəkkür edirəm. Onlar "Neftçi”nin ən böyük üstünlüyüdü. Azarkeşlərimizin dəstəyi bizim qələbə qazanmağımızda çox böyük rol oynayır. İnanıram ki, növbəti oyunlarda onların sayı daha da artacaq. Komandanın onlara çox ehtiyacı var



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail