"Xəzər Lənkəran" 3 futbolçuyla birbaşa müqavilə bağlayacaq

23.01.2012 | 4651 dəfə oxunub

“Xəzər Lənkəran” klubunun rəisi Səməd Mustafayevin müsahibəsi:

- Komandanızın hazırlıq prosesinin gedişatı klub rəhbərliyini razı salırmı?

- Antalyadakı məşqlərimiz lazım olan səviyyədədir. Yeganə çatışmayan amil odur ki, Malidən transfer etdiyimiz üç futbolçu hələ komandamızla deyillər. Onların viza problemi vardı. Amma artıq bu məsələ həll olunub.  Sabah komandamızın düşərgəsinə qoşulacaqları və məşqlərə başlayacaqları gözlənilir. Vaxt çox deyil deyə, komandaya mümkün olan ən qısa zamanda uyğunlaşmalıdırlar. 

- Yeri gəlmişkən, sizcə, Malidən üç futbolçu almağınız azarkeşlərinizin ürəyincə olacaqmı? Nəzərə alaq ki, bu ölkədən futbolçu gətirməyiniz birmənalı qarşılanmadı.

- Bu futbolçular bizim baş məşqçinin nəzarəti altında olub. Onların oyununu izlədikdən sonra “Xəzər Lənkəran”a gətirməyi qərara aldıq. Onlar perspektivli futbolçulardır. İnanıram ki, komandamıza xeyirləri dəyəcək.

- Məlumdur ki, “Xəzər Lənkəran” adətən Avropadan futbolçu alırdı. Amma bu dəfə Afrikaya üz tutdunuz. Bu məsələdə maliyyə amili nə dərəcədə rol oynadı? Sirr deyil ki, avropalı futbolçularla müqayisədə afrikalı oyunçuların qiyməti xeyli aşağıdır.

- Biz bu məsələdə maliyyə amilindən daha çox futbolçuların gənc yaşda olmasına önəm verdik. Həmin o üç oyunçu 20-23 yaş arasındadır və müqavilələrinin müddəti 3-4 illiyədir. Bir daha deyirəm, onlar perspektivli futbolçulardır və komandamıza faydalı olacaqlarını düşünürəm.
 
- “Xəzər Lənkəran” bundan sonra daha neçə oyunçu almağı nəzərdə tutub?

- Üç futbolçu – bir hücumçu, bir yarımmüdafiəçi və bir müdafiəçi ilə birbaşa müqavilə bağlamağı nəzərdə tutmuşuq. Düzdür, bu mövqelərə futbolçu bizim üçün cox vacib deyil. Amma heyəti və rəqabəti daha da gücləndirmək məqsədilə belə bir qərar vermişik. Hərçənd, hələlik siyahımızda futbolçu yoxdur. Əgər baş məşqçimizin bəyəndiyi oyunçu olsa, onlarla müqavilə bağlanacaq.

- Yəqin ki, bu futbolçular da legioner olacaqlar.

- Bəli. Çünki bizim sxemimizə uyğun olan yerli futbolçuların hamısının öz klublarıyla müqaviləsi var. Amma bir daha qeyd edirəm ki, yalnız baş məşqçimizin bəyəndiyi futbolçular olsa, onlarla müqavilə imzalanacaq.

- Son günlərin aktual mövzüsuna da toxunmaq istəyirəm. Futbolçunuz Vobayın “Bakı” və “Neftçi”ylə danışıqlar apardığı bildirilir. Onunla bağlı problem nə vaxt yoluna qoyulacaq?

- Bizim Vobayla problemimiz yoxdur. Əgər futbolçu başqa komandaya keçmək istəyirsə, onu zorla “Xəzər Lənkəran”da saxlayası deyilik. Amma o, ilk əvvək klub rəhbərliyi ilə müzakirə aparmalı və müqaviləsi qarşılıqlı şəkildə ləğv edilməlidir. 

- Və təbii ki, kluba təzminat ödəməlidir.

- Əlbəttə. Axı, biz də bu futbolçunu başqa klubdan almışıq. Onun müqaviləsinə baxacağıq. Təzminat tələb etmək bizim haqqımızdır.

- “Xəzər Lənkəran” bundan sonra qış fasiləsində hansısa futbolçuyla yolları ayıracaqmı?

- Yox, komandadan heç kim göndərilməyəcək. Yalnız son altı ayda heç yanda oynamayan Rumıniya vətəndaşı Konstantin Arbanaşı göndərmək qərarı verdik. O, bu gün, ya sabah “Xəzər Lənkəran”ın düşərgəsini tərk edəcək. Konstantin yaxşı futbolçudur. Amma hazırda onun fiziki durumu çox aşağı səviyyədədir. Həmin mövqedə isə bizim 3-4 oyunçumuz var. Biz futbolçuyla bu gün söhbət etdik, bildirdik ki, “Xəzər Lənkəran”da qalmasının nə ona, nə də bizə xeyiri var.


qol.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail