Abdullah Zubir: "Biz diqqət yetmirik ki, çox tur qalıb ya yox" - MÜSAHİBƏ

02.04.2019 | 5271 dəfə oxunub

"Qarabağ"ın futbolçusu Abdullah Zubir Azərbaycan Premyer Liqasının 22-ci turunda "Sumqayıt"a 6:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Böyük hesabla qalib gəlsək də, asan olmadı. Xüsusilə ilk yarıda komanda yaxşı mübarizə apardı, yaxşı müdafiə olundu. Hətta ikinci hissədə də belə oldu.  Milli komnadaların oyunlarına görə yaranan fasilədən sonra toparlanmaq, qələbə qazanmaq asan olmur. Buna görə də qələbə qazanmağı çox istəyirdik. Ona görə çox sevincliyik.

- 6:0-lıq hesabla yanaşı daha çox vurduğun qol diqqəti çəkdi. 

- Bu, instinq və hislərin sayəsində oldu. Filip Ozobiç mənə yaxşı ötürmə verdi və belə alındı.

- Vurduğun qolu hətta "Sumqayıt" azarkeşləri də alqışladı. Bu sənin üçün sürpriz oldu?

- Təbii ki, gözlənilməz oldu. Onlar qolu mənimlə birlikdə bayram etdilər. Həmin anda sadəcə olaraq ləzzət aldım.

- Hazırda "Neftçi" ilə xallarınız eynidir. "Qarabağ"ın çempionluq şansını necə dəyərləndirirsən?

- Biz diqqət yetmirik ki, çox tur qalıb ya yox. Başqa komandaların oyununa da çox diqqət yetirmirik. Əsasən öz oyunlarımıza köklənmişik. Hesablamaları mövsümün sonunda aparacağıq.

- Növbəti turda "Qəbələ"nin qonağısınız. Rəqibi səfərdə uda biləcəksiniz?

- Bizi çətin oyun gözləyir. "Qəbələ" də yaxşı komandadır. Amma istənilən halda həmin oyuna üç xal üçün çıxacağıq.

- Mövsümün sonu yaxınlaşır. "Qarabağ"da qalacaqsan, yoxsa getməyi düşünürsən?

- Mən hazırda "Qarabağ"ın oyunlarına köklənmişəm. Ancaq oyunlar haqda düşünürəm. Bu haqda indidən heç nə demək olmaz.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail