Ramin Musayev: "Ayıbdır" - MÜSAHİBƏ
Peşəkar Futbol Liqasının (PFL) prezidenti
Ramin Musayev Azərbaycan Prenyer Liqasında III turun "Səbail" -
"Qarabağ" matçından (0:4) sonra brifinq keçirib:
- "Qarabağ"ın Avropa
Liqasının qrup mərhələsindəki şanslarını necə dəyərləndirirsiniz?
-
Yaxşı olacağına inanıram. Qorxduğumuz yalnız "Sevilla"dır. O biri
rəqiblərdən çəkinmirik. Nəsə etmək olar.
- Konkret nə?
-
"Sevilla"dan ən azı 1 xal almaq olar (gülür). Niyə də yox?!
"Neftçi" -
"Sumqayıt" matçında baş verənlərdən məlumatınız varmı? Varsa,
olanları necə şərh edərdiniz?
-
Hər şeydən məlumatım var. Gələn həftənin çərşənbə günü hər şeyi, yekun nəticəni
biləcəksiniz.
- Şəxsi fikriniz nədir?
-
Olmamalı idi. Olubsa, buna cavab olmalıdır. Xoşagəlməz hadisə məşqçinin baş
məşqçiyə əl qaldırmasıdır. Futbolda qalan hər şey olur - hakim də, futbolçu da,
məşqçi səhvi də. Ancaq həmkarın həmkara əl qaldırması məncə, qeyri-etikdir.
Belə olmamalıdır, baş verməsi düzgün deyil.
- İlk 3 turu necə
dəyərləndirirsiniz və çempionatın səviyyəsi sizi qane edirmi?
-
Cəmi 3 turla çempionatın səviyyəsi bilinməz. Bu, 5-6 turla bilinər. Bu dəqiqə
komandalar istirahətdən qayıdıblar. İndi baş məşqçilər öz fikirlərini,
taktikalarını yeridə bilməz. Futbolçular dincəlməkdən yeni gəliblər. Sözsüz ki,
avrokuboklarda çıxış edən "Qarabağ"la "Neftçi" üçün vaxt
gözləməyə ehtiyac yoxdur. Ancaq digər komandalar üçün vaxt lazımdır.
- "Qarabağ"ın 4:0
hesablı səfər qələbəsinə sevindiniz, yoxsa "Səbail"in
məğlubiyyətinə məyus oldunuz?
-
Məyus olmalı bir şey yoxdur. Çünki "Qarabağ" futbolda artıq öz sözünü
demiş komandadır. Belə götürsək, hər iki komandanın vəziyyətini nəzərə
almalıyıq. Deyəcəksiniz, Ramin müəllim yenə "Səbail"i tərifləyir,
ancaq 0:4 uduzsa da, gənc futbolçularla da olsa, oyun göstərdi.
- "Neftçi" ilə
azarkeşlər arasında yenə qalmaqal yaşandı. Azarkeşlər stadiondan çıxarılacaqsa,
oyuna kim baxacaq?
-
Televizorda oyuna baxırdıq da. Deyirsiniz ki, az qala stadiondan çıxarırlar.
Həmişə azarkeşlərin tərəfində olmuşam. Onlara kömək də etmişəm, yardım da. Bir
problem yaşananda onların yanında olmuşam. Ancaq söyüşün əleyhinəyəm, olmaz.
Heç kimi təhqir etmək, qəlbinə dəymək olmaz. Ayıbdır.
- Sponsor məsələsi hələ də açıq
qalır?
- Həll olunmalıdır. Ötən gün də saat 2 radələrində danışmışıq. İnanıram ki, tezliklə həll olunacaq. İki namizəd var. Hər ikisi də əcnəbi şirkətdir.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |