Zubir: "İndidən nəyinsə qazanıldığını demək olmaz" - MÜSAHİBƏ

16.09.2019 | 5979 dəfə oxunub

Azərbaycan Premyer Liqasının IV turunda “Neftçi”ni 2:0 hesabı ilə məğlub edən “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir müsahibə verib:

– “Sevilya” ilə oyun öncəsi əsas rəqib üzərində qələbə böyük motivasiya oldu?

– Ümumiyyətlə, hər oyun bizim üçün motivasiyadır. Bilirdik ki, önəmli oyun idi. Ümid edirəm ki, bu qələbə “Sevilya” ilə oyun öncəsi bizim xeyrimizə olacaq.

– Ötən ilki mübarizədən sonra gözlənilirdi ki, “Neftçi” yenə də “Qarabağ”a çətinlik yaşadacaq. Ancaq xal fərqi böyüyüb və indidən “Qarabağ”ın çempionluğundan danışanlar var.

– Çempionat yeni başlayıb, qarşıda uzun marafon var. İndidən nəyinsə qazanıldığını demək olmaz. Biz də büdrəməməyə çalışacağıq. Hər oyuna qələbə üçün çıxacağıq.

– “Sevilya” ilə oyunda “Qarabağ”dan nə gözləmək olar? İspaniya klubunda yayda böyük dəyişikliklər olub. Əndəlüsiyalılardan Bakıda xal almaq olar?

– “Sevilya”dan yaxşı futbolçular getsə də, əvəzlərinə eyni səviyyədə olan oyunçular gəlib. Çalışacağıq ki, əlimizdən gələni edək və “Sevilya” qarşısında yaxşı performans göstərək.

– Qrupdan çıxmaq şanslarını necə hesab edirsən?

– Heç kəs indidən nəsə deyə bilməz. Qrupda əlimizdən gələni edəcəyik. Ən yaxşısı üçün çalışacağıq.

– Driblinqləri sevən futbolçusan və bu, səndə uğurlu alınır. “Sevilya”nın müdafiəçilərinə qarşı bunu tətbiq edəcəksən?

– Mən bilmirəm, dostum. Ən yaxşı oyunlardan birini keçirməyə çalışacam.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail