"Bir xal sonra bizə lazım olacaq" - Ruslan Qurbanov

23.09.2019 | 5175 dəfə oxunub

"Keşlə"nin futbolçusu Ruslan Qurbanov Azərbaycan Premyer Liqasının 5-ci turunda səfərdə "Neftçi" ilə qolsuz bərabərə qaldıqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Stadium.az xəbər verir ki, o, əvvəlcə matç haqda danışıb. - Uduzsaq, faciə olardı. Ancaq oyuna qədər bizə desəydilər ki, "Neftçi" ilə heç-heçə edəcəyik, bu nəticə bizi qane edərdi. "Neftçi" güclü rəqibdir. Sadəcə, bu komandanın üzərində təzyiq var. Onlar qalib gəlmək istəyirlər. "Qarabağ" istisna olmaqla, "Neftçi" bütün matçlarda favorit olur. Biz də yaxşı oynadıq, ancaq hardasa bəxtimiz gətirmədi. Rəqib də fərqlənə bilərdi. Əsas odur ki, 1 xal qazandıq. Bu 1 xal sonra bizə lazım olacaq.

- Xeyli qol imkanınız olsa da, reallaşdıra bilmədiniz. Problem nədədir? 

- Bəxtimiz gətirmədi. Çox çalışmalıyıq. Belə də edəcəyik. Yəqin bu gün bizim günümüz deyildi. Ona görə də qol vura bilmədik. Hərçənd "Qarabağ" istisna olmaqla, bütün komandalara qol vurmuşuq. Müdafiədə gözləyib, "Neftçi"ni əks-hücumlarda tutmaq istəyirdik. Ancaq alınmadı. Yaxşı ki, rəqib oyunçu ilk yarıda qırmızı vərəqə aldı. Bundan sonra bir qədər asan oldu.

- Əvəzlənməyinizi özünüz istədiniz. Zədə ciddidir?

- Yüngül zədə aldım. Mənim topuğumda zədə var. Təmas oldu, yenə ağrı yarandı.

- Artıq indidən "Qarabağ"ın çempion olacağını demək olar?

- "Qarabağ" sabah "Zirə"yə qalib gəlsə, "Neftçi" ilə aradakı fərq 10 xala yüksələcək. "Qarabağ" çatmaq çətin olacaq. Çünki onlar sabit çıxış edir, tələsmirlər. Bir qol vururlar, vəssalam, nəticəni düşünürlər. İndidən "Qarabağ"ın çempion olduğunu deməzdim. Futbolda hər şey mümkündür. Bəlkə kimsə onlarla mübarizə aparacaq. "Neftçi" və ya "Zirə" olsun. Bütün rəqiblərə hörmətlə yanaşırıq. Hamısına uğurlar arzu edirəm.

- "Neftçi"nin sabiq futbolçusu kimi komandanın qeyri-sabit çıxışının səbəbini nədə görürsünüz?

- "Neftçi" Avropa Liqasında Rusiya "Arsenal"ın qarşı ən yaxşı oyunlarını göstərdi. Ancaq daha sonra İsrail komandasına uduzdular. Ola bilər ki, ondan sonra psixoloji problem oldu. "Neftçi"nin futbolçularını, rəhbərliyi tanıyıram. Onlar bütün matçlara qələbə istəyi ilə çıxırlar. Ona görə də qol vurmağa tələsirlər. Komanda hazırda "qara zolaq"dadır. İki oyunda qalib gəlsələr, hər şey qaydasına düşəcək. Onların yaxşı heyəti, futbolçuları var.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail