Kamara: "Nəticəyə görə xoşbəxtik"

23.09.2019 | 5580 dəfə oxunub

"Keşlə"nin futbolçusu Con Kamara Azərbaycan Premyer Liqasının 5-ci turunda səfərdə "Neftçi" ilə heç-heçə etdikləri matçdan (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb.

Stadium.az xəbər verir ki, o, əvvəlcə oyun haqda danışıb. - Düşünürəm ki, hər iki komanda yaxşı oyun göstərdi. Matç 0:0 yekunlaşsa da, qalibiyyətə yaxın olan tərəf biz idik. 3 xal qazana bilərdik. "Neftçi" çox yaxşı komandadır. Tanınmış oyunçuları var. Bununla belə oyun qolsuz bərabərliklə yekunlaşdı.

- Nəticəni ədalətli hesab edirsiniz?

- Bu, futboldur. Bəzən qələbə gözləyirsən. Əgər qalib gələ bilmirsənsə, 1 xalla kifayətlənməyi bacarmalısan. Dediyim kimi, "Neftçi" əla komandadır. Onlara hörmət edirik. Buraya 3 xal üçün gəlmişdik.

- Paltardəyişmə otağında komanda yoldaşlarının alqış və gülüş səslərini eşitdik. Bu, nəticəyə görədir?

- Əlbəttə. Onlarla oyunda 1 xal belə bizim üçün vacibdir. Nəticəyə görə xoşbəxtik.

- "Neftçi" meydanda azlıqda qalandan sonra "Keşlə"nin pressinq edəcəyi gözlənilirdi. Amma bu, müşahidə olunmadı.

- Haqlısınız, hər kəs bizdən bunu gözləyirdi. Ancaq bu, futboldur. Çempionlar Liqasının oyunlarında da belə hallar müşahidə olunur. Gördüyünüz kimi, azlıqda qalandan sonra da "Neftçi" hücum edib, hesabı aça bilərdi. Biz intizamlı komandayıq. Məşqçimizin tapşırıqlarına qulaq asırıq. Sonda xal qazana bildik. Düşünürəm ki, bizim üçün ən vacibi də budur.

- Bu yay bir çox oyunçu "Keşlə"ni tərk etdi. Amma komandada qalan oyunçulardan biri oldunuz. Tərlan Əhmədovu sizi komandada saxlaması üçün onu nəcə təəccübləndirdiniz?

- Düşünmürəm ki, onu nəyləsə təəccübləndirdim. Bəzən komandada dəyişikliklər edilir. Komandam üçün əlimdən gələn ən yaxşısını etməyə çalışıram. Düzdür, bir çox oyunçu "Keşlə"ni tərk etdi. Ancaq mən hələ də komandamlayam. Məşqçilər heyəti komandanı yenidən qurmaq üçün belə addımlar atır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail