Erdoğan AÇ-2020-nin oyunlarından danışdı - "Bakıdakı görüşlərə gələcəm"
25 nəfər futboldan uzaqlaşdırıldı - oyun alqı-satqısına görə
AFFA-dan gülünc açıqlama - "Brifinq və mətbuat konfransı olmayacaq"

Bordin: "Psixoloji təzyiq ilk dəqiqələrdən oyunumuza mənfi təsir edir" - MÜSAHİBƏ

23.09.2019 | 1521 dəfə oxunub

"Neftçi"nin baş məşqçisi Roberto Bordin Premyer Liqamızın 5-ci turunda bu gün "Keşlə" ilə keçirilən oyundan (0:0) sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- İlk hissədə qırmızı vərəyədək yaxşı oynayırdıq. 11 nəfərlə oynayanda, qorxu var idi, tam güclə irəli atıla bilərdik. 10 nəfərlə daha yaxşı oyun nümayiş etdirdik. İkinci hissədə yaxşı müdafiə olunduq. Rəqib böyük qüvvəylə hücuma keçirdi, standart vəziyyətləri çox edirdi. Səlahət Ağayev Sezarın zərbəsini yaxşı dəf etdi. Qol imkanlarımız da oldu, qələbə də qazana bilərdik. Təəssüf ki, psixoloji təzyiq ilk dəqiqələrdən oyunumuza mənfi təsir edir. Neqativ hallardan sonra komandamız ayılmağa başlayır. Hər dəfə belə hal olmalıdır - ya qol buraxmalıyıq, ya qırmızı vərəqə almalıyıq.

- Keçən dəfə istefa səsləyənləri öyrədilmiş insanlar olduğunu sayırdınız. Artıq "Forza "Neftçi" də oyunlarınıza gəlmir. Yenə istefa şüarları var. Fikrinizdə qalırsınız, yoxsa bu nəticələrə görə özünüzü günahkar sayırsınız?

- Komandanın qazandığı hər bir nəticəyə ilk növbədə məsuliyyəti mən daşıyıram. Azarkeşin istefaya səsləməsi normal haldır. Ancaq təhqiredici ifadələri qəbul edə bilmirəm.

- Komanda çox hücum etdi, əvəzetmələriniz da daha çox ön xəttlə bağlı oldu. Qol niyə olmadı?

- Qolu 11 nəfərlə oynayanda vurmalı idik. Bu, ilk səbəbdir. Digər tərəfdən, 10 nəfərlə müdafiə olunanda çox enerji itirirsən. Tam güclə hücum edə bilmirsən. Ancaq buna rəğmən, çoxlu qol epizodu yaratdıq. 

- Bəzi futbolçularınız imkanlarından aşağı çıxış edirlər. Baş məşqçi olaraq sərt müdaxilə etmək fikriniz varmı?

- Fikrinizlə razı deyiləm. Məncə, komandanın üzərində psixoloji təzyiq olduğundan, istənilən oyunu göstərə bilmirik. Onu da demək lazımdır ki, bu gün "Keşlə" yaxşı oynayırdı, əks-hücumlarda təhlükəli idi.

Bu psixoloji gərginlik komandanın hazırkı nəticələrinə görədir, yoxsa başqa bir səbəb var?

- Əlbəttə, nəticələrə görədir. Baqşa səbəb yoxdur. Turnri cədəvlində baxsaq, yaxşı yerdə qərarlaşmamışıq.

- Oyundan sonra baş hakimə yaxınlşaraq nəyə görə irad bildirdiniz?

- Yaxınlaşaraq niyə oyunu bu cür tez bitirdiyini soruşdum. Top Mustivara dəydi, fitini səsləndirdi. Belə çıxır ki, top rəqibin cərimə meydanına çatsaydı da, oyunu qurtaracaqdı..

- Monrozda funkisonal hazırlığı qaydasındadırmı? Qaydasındadırsa, meydanda niyə belə ləng görünür?

- Məncə, Monroz gözəl oyun göstərdi. Hətta 10 nəfərlə qalandan sonra iki dəfə artıq qaçırdı, müdafiədə də komandaya kömək edirdi.

Platellasa nə olub?

- Heç nə. Sadəcə, oynamaması texniki məsələ, seçimlə bağlı idi. Bu matça bu heyət nəzərdə tutulmuşdu.

- 5 oyuna 5 xal. "Neftçi"nin baş məşqçisi ilk turlarda papağını qabağına qoyub nəsə fikirləşməli idi. Bu vəziyyətdən çıxmaq üçün nə fikirləşirsiniz?

- Problemi sadəcə, psixoloji gərginliklə bağlı görürəm. Deməzdim ki, başqa problem var. Sən istəkli ola bilərsən, ancaq psixoloji təzyiq sənə imkan vermir. 

Baş hakimin sizi sarı vərəqəylə cəzalandırılmasına münasibətiniz necədir?

- Şərh edə bilmərəm. Sadəcə, epizodla bağlı hakimə sual verdim, mənə sarı vərəqə göstərdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Rəşad Sadıqov Elxan Məmmədovun yalanını ifşa etdi - "Millidən getməyim futbolçu karyerama görə deyildi"
"Traktor"da növbəti istefa - "Önümüzü kəsirlər"
Son xəbərlər

16.12.2019

12:14  Erdoğan AÇ-2020-nin oyunlarından danışdı - "Bakıdakı görüşlərə gələcəm"

08:10  "Real"ın xal itkisi VİDEO

08:08  "Roma"nın qələbəsi VİDEO

08:05  "İnter"in xal itkisi VİDEO

15.12.2019

19:42  "Hesab rəqibə sərf edir" - Zaur Həşimov

18:33  Sopiç yenə gileyləndi - "Bizə nə lazım olduğunu artıq bilirik"

15:45  "Səbail" - "Zirə" -HEYƏTLƏR

14:08  "Qəbələ" - "Sabah" -HEYƏTLƏR

08:11  Ən bahalı futbolçular - SİYAHI

14.12.2019

13.12.2019

23:08  25 nəfər futboldan uzaqlaşdırıldı - oyun alqı-satqısına görə

23:05  Türkiyə millisi Azərbaycanla qarşılaşacaq? - Şenol Günəşdən açıqlama

12:21  "Qarabağ" - "Düdelanj" FOTOLENT

02:26  Rəşad Sadıqov Elxan Məmmədovun yalanını ifşa etdi - "Millidən getməyim futbolçu karyerama görə deyildi"

00:27  AFFA-dan gülünc açıqlama - "Brifinq və mətbuat konfransı olmayacaq"

12.12.2019

21:15  "Qarabağ" - "Düdelanj" -HEYƏTLƏR

16:58  Metronun iş saatında dəyişiklik - "Qarabağ"a görə

11.12.2019

16:31  "Keşlə"də yeni transfer - Rəsmi

15:09  "Stadionun dolu olmasını istərdik" - Qurban Qurbanov

12:30  "Çelsi"nin qələbəsi VİDEO

10.12.2019

15:39  "Traktor"da növbəti istefa - "Önümüzü kəsirlər"

   
  O Q H M T-f X
1. Qarabağ 14 9 4 1 24-7 30  
2. Keşlə 14 6 5 2 18-12 23  
3. Neftçi 13 6 4 3 20-11 22  
4. Sumqayıt 13 5 2 6 17-19 17  
5. Zirə 13 3 5 5 14-21 14  
6. Sabah 13 3 4 6 14-16 13  
7. Səbail 13 3 3 7 9-20 12  
8. Qəbələ 13 3 3 7 13-23 12  
08.12Sabah ---Neftçi
08.12Zirə ---Səbail
08.12Sumqayıt ---Qəbələ
06.12Qarabağ 2-2Keşlə
01.02Zirə -Sabah
01.02Neftçi -Sumqayıt
02.02Səbail -Qarabağ
02.02Qəbələ -Keşlə