Ailton: "Sonda nə olacağını isə yaşayıb, görərik" - MÜSAHİBƏ

28.09.2019 | 6069 dəfə oxunub

"Qarabağ"ın futbolçusu Ailton Silva Azərbaycan Premyer Liqasının 6-cı turunda evdə "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra  jurnalistlərin suallarını cavablandırıb: 

- Çətin oyun oldu. Daha çox müdafiədə oynayan komandayla qarşılaşdıq. Amma səbrli olmağı bacardıq. Topa nəzarət edirdik. Zamanı gəldi,  bundan istifadə edib, qol vurduq.

-  Oyundan əvvəl "Sumqayıt"dan ehtiyat edirdinizmi?

- Biz məşq edirik. Amma nəzərə alırıq ki, onlar da hazırlaşırlar. Lider kimi qarşımızda məsuliyyət vardı, bütün oyunlara qələbə üçün çıxmalıyıq. Yenə də hədəfimizə çatdıq.

- 6 matç, 6 qələbə və lidersiniz. Görünən odur ki, bu mövsüm heç kim "Qarabağ"ın qarşısını ala bilməyəcək. Bu, bir az sizin üçün maraqsızdır, yoxsa sevindiricidir ki, rəqibiniz yoxdur?

- Əvvəlki müsahibələrimdə də qeyd etmişdim ki, digər komandalar haqqında danışmağı xoşlamıram.  Hədəfimiz oyunlara çıxıb, qələbə qazanmaqdır. Sonda nə olacağını isə yaşayıb, görərik.

- "Sevilya" və "Zirə"ilə matçlardan sonra Qurban Qurbanov sizdən narazı olub ki, onun tapşırdılqarını etmirsiniz, öz bildiyiniz şəkildə oynayırsınız. Bu barədə nə deyə bilərsiniz?

- Xeyr, bu haqda heç nə deyə bilmərəm. Mən sadəcə meydana çıxdığım qarşılaşmalarda komandama kömək etməyə çalışıram.

- Səfərdə APOEL-ə 4 top vuran "Düdelanj"dan 1 xal almaq və ya qələbə qazanmaq nə dərəcədə real görünür?

- Təbii ki, rəqibi analiz edəcəyik. Çatışmayan cəhətlərini görəcəyik. Səfər oyunu olsa da, hədəfimiz 3 xaldır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail