Asmir Beqoviç: "Çox şey ola bilər" - MÜSAHİBƏ

28.10.2019 | 6288 dəfə oxunub

“Qarabağ”ın qapıçısı Asmir Beqoviç Azərbaycan Premyer Liqasının 9-cu turunda evdə “Səbail”i 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Ağlına gələrdi ki, Essyenlə nə vaxtsa Azərbaycanda üz-üzə gələcəksiniz?

- Bu, futboldur. Öncədən heç nəyi demək olmur. Amma istənilən halda, Essyenlə rastlaşmaq xoş oldu. Bir-birimizə qarşı oynamışıq. Çox yaxşı futbolçudur.

- Maraqlıdır, oyundan sonra Essyenlə nə danışdınız?

- Sadəcə, ümumi həyatdan danışırdıq. O, məşqçilik karyerası ilə bağlı addımlar atmaq istəyir. Əsas bununla bağlı danışdıq.

- Bu günkü oyunla bağlı nə düşünürsən? Nəzərə alaq ki, çətin qələbə qazandınız.

- Hər oyun çətin keçir. Biz buna hazırıq. Xoşbəxtlikdən oyunun sonuna yaxın istəyimizə çata bildik.

- Növbəti tur səfərdə “Neftçi” ilə qarşılaşacaqsınız.

- Bizi çətin oyun gözləyir. Çalışacağıq ki, matça yaxşı hazırlaşaq.

- “Qarabağ”la müqavilən qışa qədərdir. Bu keçən vaxt ərzində fikrin dəyişibmi, yəni, “Qarabağ”da qalmaq istəyirsənmi, yoxsa?

- Hər şey ola bilər. Mən əsasən bu günü fikirləşirəm. Dekabra qədər yaşayaq, sonrasına baxarıq.

- “Qarabağ” Avroliqanın qrupundan çıxsa, bu, sənin Ağdam klubunda qalmaq fikrinə təsir edəcəkmi?

- Çox şey ola bilər. Vaxta var, yəni. Qarşıda bizi “Neftçi” və APOEL-lə oyunlar gözləyir. Daha sonra isə qış fasiləsi olacaq. Bir sözlə, bu haqda danışmaq üçün yetərincə vaxtımız olacaq.

- Avroliqada APOEL-lə 2:2 hesabı ilə heç-heçə etdiyiniz sonuncu oyunu necə dəyərləndirirsən? Bu nəticə “Qarabağ”ın qrupdan çıxmağına necə təsir edə bilər?

- Sıfır xaldansa, 1 xal qazanmaq yaxşıdır. Biz yaxşı komandayıq. APOEL səfərinə müsbət nəticə qazanmaq üçün gedəcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail