Bordin: "Onda çıxış yolu axtarardım" - MÜSAHİBƏ

01.12.2019 | 1976 dəfə oxunub

"Neftçi"nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının 13-cü turunda "Səbail"lə oyundan (0:0) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Çətin oyun idi. Qapısına çox qapanmış komandaya qarşı oynadıq. Əlbəttə, müxtəlif istəqamətlərdən hücumlar edirdik. Rəqib də qapımız önündə sürətli əks-hücumlar yarada bilirdi. Çoxlu qol epizodu yaratdıq. Fikrimcə, heç olmasa, 1 qol vurmağa layiq idik.

- Sanki hücumçunuz Rauf Əliyevin meydanda olması qol vurmağa mane olurdu...

- Sizinlə razı deyiləm. Bu gün Raufun işi çox çətin idi. Onu rəqib müdafiəçiləri hərtəfəli bağlayırdı.

- "Neftçi"də qol şanslarını qaçırmaq bir ənənəyə çevrilib...

- Deməzdim ki, bu, ənənə halını alıb. Keçən oyunda çoxlu qol vəziyyətləri yaratdıq ki, bunun 3-də qola çevirdik. Qol vəziyyətləri yaratmasaydıq, bu, məni narahat edərdi. Onda çıxış yolu axtarardım.

- "Neftçi"nin keçən mövsümdən Bayılda oyunları çox çətin alınır, əksər vaxt xal itirir. Təkcə "Səbail"lə yox, bundan əvvəlki səfər matçında "Keşlə"ni də uda bilmədiniz. Bunu necə izah edərsininiz? Əsas səbəb süni qazondur, yoxsa?..

- Əlbəttə, ot örtüyünün təsiri var. Çünki təbii otda oynamağa öyrəşmişik. Burada isə çətindir. Ancaq bunu səbəb saymıram. Bu gün komandam yaxşı oynadı. Futbolçularımız "Keşlə"ylə oyunla müqayisədə bu qazona daha yaxşı adaptasiya olunmuşdu.

- Xal itirməyinizin əsas səbəbini nədə görürsünüz?

- Bizdə çatışmayan yalnız qol idi. Meydanda qalan şeyləri etmişdik. Oyunun təhlilindən sonra qələbə qazanmamağınızın daha dərin səbəblərini deyə bilərəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ